Yaşıl Üzlü Gündəlik

Varis

Yorumlar ve İncelemeler

Tümünü Gör
343 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Varis Yolçuyevdən "birnəfəsə" oxunacaq bir roman daha. Hər dəfə oxuduğumda qələminə daha da heyran olduğum yazardır Varis. Yazı üslubu o qədər sadə və şirin gəlir ki mənə. Bu kitabını da çox bəyəndim. Əsərdə bir yeniyetmə qızın - Zeynəbin başına gələn dəhşətlərdən və bu dəhşətlərdən onun gündəliyi vasitəsilə xəbər tutan teleaparıcı Tural Gündüzlünün həyatından bəhs olunur. Kitabı oxuduqca Tolstoyun "Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir. Bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir" sözlərini xatırladım... Böyük ümidlərlə Bakıya oxumağa gələn kasıb ailənin qızı Zeynəbin həyatı insanı dəhşətə gətirir. Bir insan, daha doğrusu bir yeniyetmə qız bu qədərmi əzablara düçar olar, həyatdan bu qədərmi zərbələr ala bilər?!
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
Reklam
343 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Yazıçının sayca oxuduğum 5-ci kitabıdır bu əsər. Oxuyarkən bir çox şeyin fərqinə varır insan. Etdiyi səhvinə görə başına bir çox müsibətlər gələn baş qəhrəmanların səhvlərindən nəticə çıxarıb bu səhvləri etməməyə çalışır insan. Buna görə də xüsusilə gənc və yeniyetmə qız və oğlanların( xüsusilə də qızların) oxuması lazım olan bir əsərdi,məncə.
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
343 syf.
10/10 puan verdi
·
6 günde okudu
"Yaşıl üzlü gündəlik " Varis Yolçiyevin ilk oxuduğum əsəri. Yazıçının bundan başqa əsərlərini oxusamda heç biri bu kitab qədər təsir bağışlamadı. Əgər dram janrını sevirsizsə mütləq oxumağınızı tövsiyə edəcəyim mükəmməl bir kitabdi. Kitab başdan sona qədər oxuyucunu özünə bağlayır. Mən oxuduğum müddətdə hər dəfə senariye və obrazların
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
343 syf.
9/10 puan verdi
·
Beğendi
Nizamidən sora sevdiyim yazıçı siyahısına Varis də əlavə olundu. Təriflərin hamısı sönük qalar yazdığı romanların yanında. Varisimiz olduğu üçün belə yazılar yazdığı və bizi hər tərfli düşündürüb həyatı dərk elətdiyi üçün minnətdaram...Yaxşı ki oxudum səni <<Yaşıl üzlü gündəlik>>....
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
Reklam
343 syf.
10/10 puan verdi
·
Beğendi
Yaşıl Üzlü Gündəlik
Oxuduğum ən gözəl dram eserler dən biridir... Zeynebin hekayəsi mənim ürəyimi dagladi.... Bir gənc qız bunları necə yaşaya bilər o yaşda.. Allah hər kəsin qarsisina gözəl insanlar çıxarsın.
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
343 syf.
·
Puan vermedi
·
Beğendi
oxuduqdan sonra təsirindən bir müddət çıxa bilmədiyim kitab... yeniyetmə qızın başına gələ biləcək hər şeyin baş verməsi və ailəsinin ona dəstək çıxmaması..
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014201 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.