Yapon ədəbiyyatının demək olar ən tanınmış siması və dünya dillərinə ən çox tərcümə olunmuş yazıçısı olan Mişima, ölkəsində və dünyada şöhrətinin zirvəsindəyken əksər yapon yazıçıları kimi intiharla həyatına son verir. Daha əvvəl oxuduğum iki romanı ve bir neçə hekayəsində də Mişimanın başqa cür ölə bilməyəcəyi aşkar idi.
"Yaz ortasında ölüm" on iki hekayədən ibarət hekayə kitabıdır. Əsasən ikinci dünya müharibesi illərindən sonra yazılan bu hekayələr müharibədə mənəvi olaraq ölmüş, ruhən itkin düşmüş insanlardan danışır. Hekayələrin demək olar yarısından çoxu sırf müharibə mövzusunda olsa da bir tek mərmi atılmır, bu mənada savaş yoxdur. Savaşanları yox geride qalanları yazır Mişima və bunu elə usatlıqla, yaponlara ve şəxsən Mişimaya mexsus fərqliliklə, bədbəxtliyin, ölümü, itkini elə naif və təsirli qələmə alır ki, hətta oxuyarkən bəzən o insanlara imrənirsən. Sanki belə də olmalıdır, insanlar ölməli, dəli olmalı, yaxınlarını, evlerini itirmelidir kimi gəlir insana. Ancaq ən alt qatlarda bu bədbəxliyik kağızı və mürəkkəbi aşaraq çatır insana. Yazar özünün də aid olduğu, gəncliyi müharibəye düşən nəsli, itkin nəsil olaraq adlandırır və bizə ən dərindən bunu çatdıra bilir. Bütün bu dəhşətlərə baxmayaraq kitabı bitirdikdə xoş bir hiss ürəyə yağ kimi yayılır. Ahh deyirsən, savaş nə qədər qəddar və pis olsa da gerçek insan üzlərini, həqiqi hissləri və duyğuları ortaya çıxarmaqda onla yarışacaq nəsə yoxdur və Mişima o hissləri bizə ötürməyi bacarır.