Yeddi gözəl

Nizami Gəncəvi

Yeddi gözəl Quotes

You can find Yeddi gözəl quotes, Yeddi gözəl book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Çalış, ayağına tikan batsa da, Tənə bəhanəsi olmasın yada. Bu deməsin: ömrün yetibdir başa, O gülməsin: başın dəyibdir daşa.
Oddan əsirgəsən kömürü əgər, Sanma ki, çəkdiyin kabablar bişər.
Reklam
Sabaha kimi şərbət verirdin mənə. Sirkə satmağına şamtək səbəb nə? Tutaq ki, yeməmiş doydun məni sən, Atdın şir ağzına, söylə, bəs nədən? Dərdə salıb məni o gündən bəri, Önümdə saxladın qorxunc əjdəri. Məni öldürməyə nədir bu şahmar? Özün kəs başımı, ixtiyarın var. Kim sənə bu işdə yollar göstərib? Söylə, kim öyrədib, kim təlim verib? Deyiləm özümdə, mənə ver xəbər, Can quşu uçmağa açmış bəlü pər. And olsun Allaha, and olsun sənə, Ürək sirlərini söyləsən mənə, Gövhər xəznəsini mən də açaram, Alar istəyincə şahım arzu, kam.
Şahın toxundusa ona rəftarı, Qondusa üzünə qeyrət qubarı, Ancaq əməlindən o gözəl pəri Bir tük qədər belə dönmədi geri.
Hər şeyi bəyənməz, eşitmişəm mən, Sən də onun kimi müşkülpəsəndsən, Hökmdar, qaravaş belədir, belə, Yola getməyiniz çətin məsələ. Tutaq aldın onu minnətlə, inan, Sabah yenə geri qaytaracaqsan. Məsləhətim budur: ondan əl götür, Özünə seç, özgə bir gözəl götür.
Almaz türklüyümü həbəş ölkəsi, Olmuş xoş dovğadan məhrum cümləsi.
Reklam
58 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.