Allah;
– De görüm, niyə günah edirdin?
Cavanşir duruxdu, sonra necə oldusa, baxdı ki, demək istədiyi cavab ondan xəbərsiz sivişib ağzından çıxdı:
– Darıxırdım, İlahi!
– Bu nə ucuz səbəb? Necə yəni darıxırdın?
– Sizinçün demək asandı, İlahi, axı, siz insan deyilsiz.
– Cəsarətlisən, bu cəhətini sevirəm, lakin... – “Tanrı” bir az sərt danışdı, – ziyasızsan!
– Mən sənin əsərinəm, İlahi!