...Dünyamızdan çox nigaranam. İndi Mərkəzi Afrikada quraqlıq və aclıq insanlara basqı edir. Milyonlarla uşaq aclıqdan, susuzluqdan, xəstəlikdən əziyyət çəkir. İndi Orta Asiyada pulsuz işçi qüvvəsi kimi milyonlarla uşaq tarlalarda qul kimi işlədilir. Əfqanıstanda, İraqda, Çeçenistanda müharibə gedir, yüz minlərlə uşaq öz rahat uşaqlıq həyatını yaşaya bilmir. Hər gün onların başlarına güllə, mərmi yağışı yağır...