Yoxsul İnsanlar

Fyodor Dostoyevski
Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır. «Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir. Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir. Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir. “Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur. “Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir. “Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir. “Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.
Author:
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Translator:
Məmməd Qocayev
Məmməd Qocayev
Estimated Reading Time: 12 hrs. 14 min.Page Number: 432Publication Date: 2019First Publication Date: 1846Publisher: Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı
ISBN: 9789952362787Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
432 syf.
8/10 puan verdi
·
Liked
Bununla dördüncü kitabı idi oxuyub bitirdiyim. Səmimi olsam, bu kitabı bir o qədər də bəyənmədim, baxmayaraq ki, Dostoyevski babamın qələmini çox sevirəm. Tərcümə ümumiyyətlə usandırdı məni kitabdan. Əvvəlki oxuduğum kitablarında belə olmamışdı ama. Məktublaşmalarla dolu olan kitabdır, amma obrazdakı babanın Varenkaya olan xitablarından fikirlərim tamam qarışmışdı. Gah anam deyə xitab edirdi, gah mələkciyim, gah sevdiciyim, bilmirəm tərcümədən idi yoxsa elə həqiqi elə idi. Ümumilikdə sırf buna fokslanaraq kitaba qiymət vermək düzgün çıxmaz deyə düşünürəm, çünki çatdıracağı mesaj vardı. Onsuz mən bəyənsəm də, bəyənməsəmdə Dostoyevskinin kitablarının dəyəri olduğu kimi qalacaq, mənim qiymətləndirməyimlə onun dəyəri azalan deyil. Bununla tamamlanmır, hələ oxuyacağım nə qədər kitabı var, amma indiyədək oxuduğum 4 kitab içində ən təsirlisi "gülməli adamın yuxusu" adlı kitabı olmuşdu və ilk idi. Əlavə olaraq, oxuduğum bu kitab 135 səhifəlik idi, çünki təkcə yoxsul insanları oxudum, burda isə digər hekayələrdə qeyd olunub.
Yoxsul İnsanlar
Yoxsul İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201962.4k okunma
Reklam
136 syf.
10/10 puan verdi
·
Read in 12 days
"Yoxsul İnsanlar" Dostoyevskidən oxuduğum ilk əsər oldu. Əsər, özləri yoxsul, qəlbləri zəngin olan qəhrəmanlarımızın bir-birinə yazdığı məktublardan ibarətdir. Makar Devuşkin və Varvara Alekseyevna! Bu iki personajın bir-birinə bəslədikləri əvəzsiz sevgi insanı riqqətə gətirir. Yazıçı qəhrəmanların bir-birinə olan saf məhəbbətini o qədər gözəl təsvir edib ki, kitabı oxuduqca oxumaq istəyirsən, ürəyin açılır. Bir yandan da yoxsulluğun insan həyatına vurduğu maddi və mənəvi zərbələri göstərib oxucunu düşünməyə vadar edir.
Yoxsul İnsanlar
Yoxsul İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201962.4k okunma
432 syf.
9/10 puan verdi
·
Liked
Dostoyevski bu kitabında o dövrdə rus insanının ictimai vəziyyətini araşdıraraq,həmin kasıb,fağır insanların maddi sıxıntılarla yanaşı,ailə problemlərini,onların ağır mənəvi iztirablarını da qeyd etmişdir. Dostoyevski bu kitabı yazıb qurtarandan sonra onu ilk olaraq yazıçı Qriqoroviçə oxuyur.Qriqoroviç romanı çox bəyənir və onu naşir Nekrasova aparır.Nekrasov əsəri o dövrün məşhur tənqidçisi Belinskiyə təqdim edəndə belə deyir: “Yeni Qoqol peyda olub!”
Yoxsul İnsanlar
Yoxsul İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201962.4k okunma
175 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 33 hours
Kitabın 113. incelemesini yapan bir okur olarak baştan ifade etmek isterim ki, kitabın içeriğine, yazıldığı döneme, yazarın içinde bulunduğu şartlara, teknik özelliklerine ve benzeri konuların detaylarına girmeyi pek düşünmüyorum. O nedenle, kitabı henüz okumayan okurların sitedeki birbirinden değerli incelemelere göz atmalarında fayda var... Ben
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202362.4k okunma
Reklam
175 syf.
10/10 puan verdi
Değerli okurlar, daha kitabı okumaya başladığım ilk satırlarda ne hissettim bilmek ister misiniz? Neden bu zamana kadar okumadım, neden erteledim, diye hayıflandım kendi kendime. Dostoyevski kişi ve yer tasvirlerinden tutunda kahramanlarının duygusal hislerini mükemmel bir şekilde yazıya dökebilen ayrıca okuru da konuya adapte edebilen ender
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202362.4k okunma
119 syf.
8/10 puan verdi
·
Read in 4 days
Rusya yeni bir Gogol kazandı.
Rus romanlarını çok seviyorum. Rus dünyasına zihin yolculuğu yapmak, o sokakları, o soğukluğu, burjuvaların yaşamlarını, yoksulların dertlerini, bir adamın paltosunu, bir kadının şapkasını içimde çok fazla duyumsuyorum. İşte böylesi bir yolculuğa çıktığım bir kitap daha. Hemen kitaptan bahsedelim. Dostoyevski'nin ilk kitabı olan İnsancıklar
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Varlık Yayınları · 201662.4k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.