Yumağın Macəraları

Elgüsel
Yazıb alnıma yapışdıracağam;)
Sakitliyə riayət edin! Kitab oxuyuram.
Sayfa 19 - Alfacin nəşriyyatıKitabı okudu
Kitabları çox sevirəm, öz kitablarımısa bütün kitablardan çox. Meşədə ən nəhayət palıd ağacına köçüb böyük kitabxana toplayacağam. Kitabları qorumaq lazımdır. Onlarsız həyat darıxdırıcı və mənasız olar.
Sayfa 21 - Alfacin nəşriyyatıKitabı okudu
Reklam
- Ehtiyatlı ol, üstünə çay dağılmasın. Özüm bu kitabı sonuncu dəfə nə vaxt oxumuşam, yadıma gəlmir. Mənə babam və nənəm oxuyardılar. Böyüyəndə onlarsız bircə dəfə oxudum, onda da bitirə bilmədim. Kədərlənib örtdüm.
Sayfa 25 - Alfacin nəşriyyatıKitabı okudu
-Təzə də bir gün köhnələcək. Bütün dəyərli əşyaları, yaxşı münasibətləri, dostluq əlaqələrini qorumaq lazımdır. Ra soruşdu: - Niyə? - Ona görə ki köhnəldikcə xatirələrlə zənginləşir, dəyərli və əziz olurlar.
Sayfa 25 - Alfacin nəşriyyatıKitabı okudu
Ayqu bir xeyli düşünüb dedi: - Danışan heyvanları görüb hərəsi bir tərəfə qaçar. Həm deyirlər ki, böyük şəhərlərdə böyük qəfəslər var. Heyvanları orada saxlayırlar. Qarğa Ra çox məyus oldu. - Axı niyə? Ayqu dedi: - Bizi balaca insanlara göstərmək üçün. O şəhərlərdə binalar ağaclardan çoxdur. Yumaq heyrətlə soruşdu. - Bina nədir ki? Ayüu dərindən nəfəs alıb davam etdi. - Xüsusi qutulardır. İnsanlar orada yaşayırlar, onlara "ev" deyirlər. Ağzı açıq qalan, gözləri bərələn Yumaq - Özləri qutuda yaşayır, bizi də qəfəsdə saxlayırlar? İnsanlardan qorxuram, - deyib yumalandı və iynələrini qabartdı.
Sayfa 29 - Alfacin nəşriyyatıKitabı okudu
- Ayqu balaca qəfəsdə toplanmış tutuquşuları salamladı: - Necəsiniz? Quşlardan yaşca böyüyü cavab verdi: - Qəfəsdə olmaq necədirsə, eləyik.
Sayfa 36 - Alfacin nəşriyyatıKitabı okudu
Reklam