Bəzən elə əsərlərlə rastlaşırıq ki, kiçik həcmli olsalar da, az səhifələrə yazıçı o qədər dərin mənalar yükləmişdir ki, oxuyarkən zövq almamaq qeyri-mümkündür. Məhz bu tərz əsərlərdən biri də "Zacharius usta"dır. Əsərdə Cenevrə'də mükəmməl tərzdə saatlar ixtira etməklə ad çıxarmış, məşhur Zacharius usta'nın son dərəcə təkəbbürlü, özündənrazı və Allah'ı, dini xor görməsi nəticəsində necə lənətlənib, məhv olmasının şahidi oluruq. Usta ölümdən elə qorxur ki, ölümsüz olmaq üçün sonda şeytan'a uyur, Tanrıdan üz döndərir və əlbəttə ki, Allah'ın qəzəbinə tuş gəlib cəzalandırılır.
____
"Tanrı sonsuzluğu yaradıbsa, mən də zamanı yaratmışam" deyərək özünü Allah'dan üstün hesab edir.. Bu qədər təkəbbürlü və pis niyyətlə dolu insanların sonu Zacharius ustadan fərqsizdir..
____
Nə qədər bacarıqlı, savadlı və dahi olursan ol, ancaq unutma ki, heç kim Tanrı ola bilməz! Din'i alçaltmaq, gözucu baxmaq da əslində Allah'ı qəbul etməmək, ona inanmamaqdır..
____
Çox ibrətamiz, dərin mənalı və maraqlı dəsti-xəttə malik 1 kitabdır. Hər kəsə tövsiyə edirəm.
Bəs siz bu əsəri oxumusuz?