Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zamanı Necə Yeyək

Rövşen Abdullaoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
169 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
#Rövşənəmiyəsəyahət, Rövşən Abdullaoğlu möhtəşəm yazardır,nöqtə.
Deməəək,deyəcəksiniz ki,bütün kitablara möhtəşəm deyirsən,ancaq neyləyim ki, hamısı möhtəşəmdir.Hələ bu kitaaab,çox xoşuma gəldi.Masaüstü kitablarımdan biri olacağına əminəm.Rövşən əmi* başdan-ayağa bir fitri istedadır.Abdullaoğlunun taym-menecment haqqıda yazdığı kitabı belə,bu mövzuda yazılan kitablar arasında ilk
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
Reklam
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Müasir yazıçılardan olan Rövşən Abdullaoğlu elə bir qələmə sahibdir ki, bütün əsərlərini alıb oxumaq istəyirəm. Amma əsas məsələ isə onun toxunduğu mövzuları həyatımızda tətbiq etməkdi Bu əsəri çox bəyəndim. Günümüzün problemlərinə də çox gözəl toxunub. Belə bir söz var: "Keçib gedən zaman deyil, ömürdür". Bu əsərin də əsas ideyası budur. Zaman bizim ömrümüzdən gedir. Biz isə zamanımızı düzgün və doğru yönə tənzimləməliyik. Yəqin ki, hamımız bu sözləri eşidirik: "Vaxtım yoxdu", "Heç cür çatdıra bilmirəm", "İşlərim vaxtında alınmır" və ya "Bekarçılıqdı", "Vaxtı bilmirəm necə öldürüm" və s. Bu kitab isə bütün bunların cavabını verir. Və bizə necə "vaxt yaradacağımızı" da öyrədir. Hər kəsə tövsiyə edəcəyim bir əsərdir. Sanki həyatımızı planlamaq üçün cədvəli hazırlayıb, bizim isə işimiz o cədvəli doldurub əməl etməkdi
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
184 syf.
·
Puan vermedi
·
10 günde okudu
Faydalı və oxumağa yaralı bir kitab idi. İlk dəfədir ki, R.Abdullaoğlunun qələminin məhsulu olan bir kitab mütaliə edirdim. Kitab mənim üçün çox faydalı oldu, çox şeyin fərqinə varıb, yenidən lakin bu səfər düzgün başlamaqda vasitə oldu. Kitabdan faydalı bilib, həyatıma tətbiq etdiyim bir çox informasiyanı "@hedefliyasha" başlıqlı telegram kanalıma yüklədim, kitabı əldə edə bilməyən və ya oxumağa səbri çatmayan kimsələr kanala daxil olmaqla yazılardan yararlana bilərlər. Hər kəsə müvəffəqiyyət diləyirəm!
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
184 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Deməli beləə :)
Dəyərli yazıçımız Rövşən Abdullaoğlu. Bu zamana qədər bir neçə əsərini oxudum; Relslər üzərinə uzanmış adam, Bu şəhərdə kimsə yoxdur (ən sevdiyim əsəri) , Abaddon, Çətin olsa da həyat davam edir. Yazı tərzini, əsərdəki mövzu bağlılığını çox sevdiyim yazıçılardan biridir. Hədəfim bütün kitablarıyla tanış olmaqdır. Və sizlərə də şiddətlə tövsiyə edirəm. Çünki mənə görə Rövşən Abdullaoğlu oxumamış birisi çox şey itirəcək. Bu həyat onun üçün çox şeyin oğrusu olacaq. Nə zaman ruhən zəif hissetsəm, özümü bu yazıçının əsərlərində tapıram. Birşeyi daha vurğulayım ki, bu yazarın "Bu Şəhərdə Kimsə Yoxdur" əsəri mənim başucu kitablarımdan biridir. Xülasə; bu bir reklam deyil, kitabsevərlər :) Bəziləriniz elə düşünəbilərsiniz. Ki bu da normal birşeydir ancaq mən pisə pis, yaxşıya isə yaxşı deyirəm. Əgər əksinə olsaydı hərşey, ruhum çoxdaan əskimişdi,yorgun düşmüşdü. :)))
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
Reklam
184 syf.
10/10 puan verdi
·
Beğendi
Bu yazarı yeni kəşf elədim. Özünü inkişaf janrında daha çox xarici yazarları axtarırdım. Azərbaycanda belə bir yazarın olması məni çox sevindirdi. Heç uzatmadan yormadan artıq artıq kitabın qalınlığı üçün yazıb doldurmadan çatdırıb fikrini. Mövzu da elə bir mövzudu ki 7dən 70 ə hamı oxuya bilər. Amma xüsusilə yaşı 25 olmamış həyatını qurmamış insanlara çox fayda verəcək bu kitab.
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.