Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Zamanın Axınını Lənətləyirəm

Per Petterson

Zamanın Axınını Lənətləyirəm Sözleri ve Alıntıları

Zamanın Axınını Lənətləyirəm sözleri ve alıntılarını, Zamanın Axınını Lənətləyirəm kitap alıntılarını, Zamanın Axınını Lənətləyirəm en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mənim CV-imi öz əsərinə kopyalayan bilmirəm neçənci yazıçı.
Son məqamda baş verə biləcək köklü dəyişiklikləri heç vaxt əvvəlcədən sezə bilməmişəm. Mao həmişə deyirdi ki, hamının qəbul etdiyi istiqamətdə gedən axın heç kəsin gözləmədiyi anda yönünü dəyişə bilər. Dəyişiklikləri görə biləcək qədər diqqətli olmasan, tək qalacaqsan.
Sayfa 64 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...gördüyü və bildiyi şeylər özünü məndən üstün hiss etməsinə səbəb olurdu, sanki qəribə də olsa, buna haqqı var idi.
Sayfa 27 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
"Kim olduğunu bilirəm. Uzaqdan düşüncələrinin səsini eşitdim."
Sayfa 34 - TEAS Press Nəşriyyat eviKitabı okudu
- Arvid, dostum mənim, de görüm eşitdiklərim doğrudur? Sən boşanacaqsanmı? - Hə, doğru xəbərdir. - Lənətə gəlsin görüm şeytanı. Başın sağ olsun. - Dəqiq bilmirəm, amma inanmıram adam bundan ölsün. - Ölənlər var. Bilmək olmaz...
Sayfa 119 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...onların etdikləri hər şeyi təkrarlamalı idim, çünki qorxu və azadlıqdan payıma düşənlə kütlənin içərisində təkbaşına dayanmağa gücüm yox idi.
Sayfa 51 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Zaman məndən xəbərsiz arxamdan keçib getmiş, mən də geri çevrilib baxmamışdım.
Sayfa 165 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
"Biz"n bir hissəsi kimi, bir "mən"dən daha artıq olmağı, kütlədən birinə çevrilməyi sevirdim.
Sayfa 160 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Diqqətimi toplaya bilmirdim, bəzi şeylər baş vermiş, sonra silinib getmişdi, vacib şeylər.
Sayfa 83 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Ölü olmaq... Bunu qavraya bilmirdim. Həmişə qorxduğun şeyin indi başına gəlməsinə əmin olduğun anı, həmişə olmaq istədiyin insana çevrilmək şansını əbədi olaraq itirdiyini, bu anda kimsənsə, o cür də xatırlanacağını bildiyin məqamı təsəvvür edə bilmirdim.
Sayfa 214 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Ölü bir it düzənlikdəki yalqız bir evdən, boş otaqdakı tək bir stuldan daha tənhadır.
Sayfa 79 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
Gecikmişəm ki :/
- Bəli, "Zəfər tağı". - Çox yaxşı kitabdır. Bir az sentimental olsa da. Gərək 20 yaşından əvvəl oxuyasan. - Haqlısan.
Sayfa 45 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...onlardan biri olan, lakin onlara bənzəməyən, bəlkə də, buna görə sevdikləri anamı təbrik etdi.
Sayfa 137 - TEAS Press Nəşriyyat eviKitabı okudu
eh.
Onsuz da, məndən üzr istəməyə gəlməmişdi, oğlu olduğum üçün gəlmişdi. Ana olduğu üçün. Lakin çox gec idi, nəsə qopmuşdu. Bir sim... Gərilərək və divarların arasında əks-səda verən bir səslə... Bilirdim ki, o da mənim kimi bu səsdən xəbərdardır.
Sayfa 94 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...artıq mənim üçün mənasını itirmiş oyunu oynamağa davam etmiş, bütün lazımi hərəkətləri icra etmişdim. Bəlkə də, elə görünürdü ki, etdiklərimdə bir məqsəd var, amma əslində, yox idi.
Sayfa 71 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Bəzən mən də...
...həyatımı öz əllərimə təslim etmişdim. Amma yalnız və dürüst olmaq asan deyildi. Dözə bilmirdim.
Sayfa 48 - TEAS Press Nəşriyyat eviKitabı okudu
464 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.