Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zamanın Daha Kısa Tarihi

Leonard Mlodinow

Zamanın Daha Kısa Tarihi Gönderileri

Zamanın Daha Kısa Tarihi kitaplarını, Zamanın Daha Kısa Tarihi sözleri ve alıntılarını, Zamanın Daha Kısa Tarihi yazarlarını, Zamanın Daha Kısa Tarihi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hazırda alimlər kainatı iki fundamental qismi nəzəriyyə ilə izah edirlər: ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası. Bu iki nəzəriyyə XX əsrin birinci yarısının böyük intellektual nailiyyətləridir. Ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsini və kainatın böyük miqyasda quruluşunu (yəni bir neçə kilometrdən başlayıb müşahidə oluna bilən kainatın ölçüsü olan 10²⁴ kilometrə qədər) izah edir. Digər tərəfdən, kvant mexanikası santimetrin milyonda birinin milyonda biri qədər kiçik miqyasdakı fenomenləri öyrənir. Ancaq, çox təəssüf ki, bu iki nəzəriyyə bir-biriylə uzlaşmır - onların hər ikisi eyni zamanda doğru ola bilməz. Bu gün fizikanın başlıca vəzifəsi və bu kitabın əsas mövzusu hər ikisini əhatə edən yeni bir nəzəriyyə - qravitasiyanın kvant nəzəriyyəsi axtarmaqdır.
Sayfa 26
Elmin Əsas Məqsədi
Elmin əsas məqsədi kaninatı bütövlükdə izah edən vahid nəzəriyyəni yaratmaqdır.
Sayfa 25
Reklam
Qədim yunanlar gecənin qaranlıq səması ilə də yaxından maraqlanırdılar. Aristotel dövrünədək insanlar əsrlər boyunca gecə vaxtı səmada işıqların hərəkətlərini müşahidə etmişdilər. Onlar beş işıq istisna olmaqla (Ayı nəzərə almırıq), minlərlə işığın səmada birlikdə hərəkət etdiyini görmüşdülər. Qrup halında hərəkət etməyən işıqlar bəzən şərqdən-qərbə istiqamətlənmiş hər zamankı yollarından kənara çıxır, sonra eyni yolu qayıdırdılar. Bu göy cisimləri "səyyah" sözünün yunanca qarşılığı olan "planet" adlandırıldı. Yunanlar ancaq beş planeti müşahidə edə bilmişdilər, çünki köməksiz gözlə yalnız bu beş planeti görmək mümkündür: Merkuri, Venera, Mars, Yupiter və Saturn.
Sayfa 16
İşıq İli
İşığın bir ildə qət etdiyi məsafə olan "işıq ili" vahidindən istifadə edirik. İşıq bir saniyədə 300 000 km məsafə qət edir, yəni bir işıq ili olduqca uzun məsafədir.
Sayfa 12
Mütəmadi olaraq ulduzları müşahidə edirsinizsə, alatoranda üfüqə yaxın, sanki göydən asılmış, digərlərindən fərqlənən bir işıq görə bilərsiniz. O, planetdir - Merkuri, amma bizim planetimizə heç oxşamır. Merkuridə bir gün, Merkuri ilinin üçdə ikisi qədərdir; səthindəki temperatur gündüz +400°C-ni keçir və gecə təqribən -200°C-yə düşür.
Sayfa 12
Fəza-zamanın bir sərhədi yoxdursa, sərhəd şərtlərindəki davranışları izah etməyə (demək ki, kainatın ilkin vəziyyətini bilməyə) ehtiyac da yoxdur. Fəza-zamanın Tanrıya istinad edərək açıqlamağa çalışacağımız bir kənarı, ya da yeni qanunlarla müəyyən edəcəyimiz bir sərhəddi yoxdur. Belə deyə bilərik: "Kainatın yeganə sərhəd şərti sərhədinin olmamasıdır". Kainat özü özünü ehtiva edir və özündən kənarda heç nəyin təsirinə məruz qalmır. Nə yaradılmışdır, nə də yox olacaq. Kainat sadəcə mövcuddur. Kainatın başlanğıcı olduğuna inandıqda bir yaradıcının yeri aydın görünür. Ancaq kainat özü özünü ehtiva edirsə, sərhəddi və ya kənarı, başlanğıcı və sonu yoxdursa, "yaradıcının rolu nədən ibarətdir?" sualının cavabı o qədər də aydın deyil.
Reklam
Human beings are pattern seeking animals.
Elmin əsas məqsədi kainatı bütövlükdə izah edən vahid nəzəriyyəni yaratmaqdır. Tam və birləşmiş nəzəriyyəni tapmaq növümüzün sağ qalması üçün vacib olmaya bilər.Ancaq sivilizasiyanın doğuşundan bəri insanlar hadisələrin bir - biri ilə əlaqəsiz və izah edilməz olduğunu qəbul etmək istəmədilər . Fenomenlərin təməlindəki intizamı anlamağı çox arzulayırıq . Bu gün də niyə burada olduğumuzu və bura haradan gəldiyimizi bilməyə can atırıq . İnsanın daxilindəki güclü bilmə arzusu daimi axtarışımız üçün kafi səbəbdir . Məqsədimiz sakini olduğumuz kainatın tam anlaşılmasına nail olmaqdan başqa bir şey deyil .
Geri164
647 öğeden 641 ile 647 arasındakiler gösteriliyor.