Əzilsəm də Susmaram!

Ahmed Cevad

En Eski Əzilsəm də Susmaram! Sözleri ve Alıntıları

En Eski Əzilsəm də Susmaram! sözleri ve alıntılarını, en eski Əzilsəm də Susmaram! kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz! Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz! Dila rəsm ilə əsrin fərqi çoxdur labudəm, lakin, Onun rəsmin görüb ruhum neyçün bu təndən ayrılmaz!
Cəfayi yarə səbr etmək tükənməz bir səadətdir!
Reklam
Sənət Qəhrəmanlarına
Demişlərdi mənə: ”Sən də bir şey yaz Bu fənn ordusunun nəfərlərinə. Öz yaşından böyük iş görənlərin Bir afərin söylə hünərlərinə”. Məncə hər yazıdan daha parlaqdır Kiçik dəmirçinin alnındaki tər. Ey kiçik dəmirçi, duyduğun haqdır, Çalış yurdun üçün özünü göstər. Zamanı gəlmişdir, sıran yetişmiş, Çalış qulluq elə bəşəriyyətə! Göstərdiyin hünər, yaratdığın iş Haqdan qüvvət alır, haqdan əlbəttə.
Kölgəm ilə mən
Bir gün bezdim, mən kölgəmə dedim ki: -Bəsdir daha, əl götür bir yaxamdan! Gecə-gündüz işin-peşən yoxmudur? Çəkilməzsən bir dəqiqə arxamdan. Uf demərəm aylar-illər uzunu, Mən görməsəm o mübarək üzünü! Kölgəm dedi: -Ey vəfasız, səninlə Bir saatda gəlmədikmi dünyaya? Dadsız ömrü nə eylərdim? Əzəldən, Mən səninçün düşmədimmi qovğaya?! Eh, bilsən də, bilməsən də, eyniyik- Mənə qalsa biz ayrılan deyilik.
Ana
Bəzən olur, həyatımın dağlarını duman alır, O gün sənin titrək laylan yollarıma işıq salır! Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır, İnandım ki, cənnət sənin ayağının altındadır!
Reklam
47 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.