a

Azərbaycan ədəbiyyatı

1 member
Sevgili canan
Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan Gəl eylə inayət, mənə ver busə ləbindən, Çünki gözəlin busəsidir aşiqə ehsan. Sordum ki, "könül hardadır" aldım bu cavabı. "Heç sorma, tapılmaz onu axtarsa da insan". Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə əl yuma, ey afəti-dövran! İnsafın əgər varsa, açıq de, bu Nizami, Sənlə necə rəftar eləsin, ey mahi-daban? Gəl söylə, cavabın nə olar, sorğu zamanı, Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
"Gəl, ey mehri-məhəbbətim"
Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü? Ağzı şəkər, ləbi qəndlim, Üzün məndən niyə döndü? Ayrılıqdan ölüm yeydi, Həsrətin qəddimi əydi. Nə dedim, xətrinə dəydi, Üzün məndən niyə döndü? Aşığa yoxdu qadağa, Müştaqdı dilə, dodağa. Ələsgər sana sadağa, Üzün məndən niyə döndü?
Reklam
Ömür xatirəyə dönər, ya dönməz İllərin izi var xatirələrdə. Keçən əyyamların, ötən günlərin Dadı var, duzu var xatirələrdə.
Sayfa 4
Dərin xəyallara dalan danışmır, Keçmiş insanlara yalan danışmır, Hər şeyin düzü var xatirələrdə...
Sayfa 16
Bugünkü sevgilər xatirələşmir, Bu gün xatirəyə dönmək çətindi. Soyuq ürəklərdə ölür duyğular, İsti ürəklərə enmək çətindi.
Sayfa 45
Yox, mənimlə getməyəcək bu dünya, Mən getsəm də nələr, nələr qalacaq. Ağlayan da tapılacaq, gülən də, Yenə sevinc, yenə kədər qalacaq...
Sayfa 102
Reklam
79 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.