a

Azərbaycan

400 syf.
10/10 puan verdi
·
Read in 4 days
BÜTÜN İŞİNİZİ GÜCÜNÜZÜ BURAXIN!VƏ BU KİTABI OXUYUN!
Necə başlayım hardan başlayım bilmirəm. O deyirəm e həmişə kitabın sonunda divarla baxışdım. Bu kitab onu belə keçdi. Hərşeyi anladığım o səhifədə həmin o cümləyə baxıb bəlkə yarım saat gülmüşəm. Gülməli deyildi ha!!! Pisixologiyam pozuldu deyəsən(( kitabı elə ilk əlimə alanda arxasındaki yazılar diqqətimi çəkdi. Bir neçə tanınmış şəxsin kitab haqqənda düşüncələri qeyd olunmuşdu. Və indi o şəxslərin nə demək isdədiyini anladım. İlk səhifələr sıxıcı gəlirdi normal kitabdı də deyirdim. Ama sonrası.....hardasa 80 ci səhifədən sonra kitab daha çox özünə çəkməyə başlayır. sevmədiyim məqamlarda oldu təbiki. Məsələn hər dalaşanda iş yataqda bitirdi. Kitab boyu obrazlar dalaşıb yataqda barışır. A kişi oturun normal danışıb barışın də. İkincisidə Allisiyanın anası hakkında qısa bir maraq yaratdılar ama o eləcədə qaldı. O məsələyə aydınlın gətirilmədi. Kitabın mövzusu haqqında danışıb spoi vermək isdəmirəm. Sevmədiyim qisimlər olsada ilk dəfə bir kitaba 10/10 verəcəm. Oxuyun oxutdurun!! Qüsursuz kitab yoxdur. Qüsurlarıyla sevin kitabları♡.♡ kitabla qalın!! salamat qalın!!!
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,548 okunma
235 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 11 days
A-kitab təhlili
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,602 okunma
Reklam
156 syf.
8/10 puan verdi
·
Read in 3 days
Bir əsərində sonuna gəldik. Baş qəhramanlarımız yaratdığı mono-tamaşanın tək aktrisası Lalə Fərzəliyeva və pyesin yeganə tamaşaçısı Rüfət Hüseynzadədir. Kitab çox axıcı irəlilədi. Süjet xətti əla idi. Sonu qanımı dondurdu düzü. Çox qəribə hislər içindəyəm necə hissedəcəyimi bilmirəm. Və əsasda çatdırdığı fikir çox düşündürdü məni. Görəsən doğurdanda ən gözəl sənət əsərləri heç kimə göstərmədiyimiz,yazarı və yeganə oxucusu olduğumuz əsərlərdimi? Çox sevdiyim bir fikir var.Hislərimizi ifadə edə bilmədikdə bu hislər sənət əsərinə çevrilir kimi zaman musiqi, kimi zaman rəsm, kimi zaman şeir kimi zaman isə roman. Bu vaxt ən böyük dərt ortağımız vərəq, silahımızda qələmimiz olur. Və yazdığımız hər bir söz bir anda mərmiyə çevrilir. Və o içinə qapanıq insan bir anda yazdıqlarıyla özünü ən yaxşı ifadə edə bilən insana çevrilir.....Bəlkədə bəzən yeganə oxucu olmaq heç bir işə yaramır... Bəlkədə bəzən romanın hər səhifəsini dünyaya hayqırmaq lazımdır.Bəlkədə bunu hislərimizə borcluyuq.Axı onlarda eşidilməyə layiqdi.... Heç bir kitab qüsursuz deyildir,qüsurlarıyla sevin kitabları))) Kitabla qalın!! Salamat qalın!!!
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
108 syf.
7/10 puan verdi
·
Read in 4 days
Fərqli bir kitabın təhlilinə gəldi sıra. Kitabı bir yandan sevdim ama bir yandanda kitab məndə xəyal qırıqlığı yaşatdı."Alov" a başlar başlamaz inanılmaz həyəcan bürüdü məni. İdeya çox gözəliydi.Əminəm mənim kimi fantastik janr sevənlərdə eyni düşüncədə olar. Ama bir anda kəsildi.... və başqa hekayə..... Böyük bir roman ola biləcək ideyayı bir neçə səyfədə yarım saxlayıb sanki yazar. Mən əminəm ki "Alov" eyniylə "SŞ66" birlikdə çox gözəl bir roman olardı. Bu kitabdaki bir çox hekayəyə aitdi. Çoxu hekayənin ideyası əla idi heyif ki qısadı və yarımdı sanki. Qısa hekayədə olsa Vaovv dedizdirə bilməlidi hekayə. Çox sadə bitişləriydi. Və bir neçə ifadələr varıydı ki başka kitablarda oxuduğuma əminəm. Hansı kitabda yadıma sala bilmədim heç cür. Başka kitabdan alınmış ifadə işlədiləcəksədə (fılankəsin filan kitabda dediyi kimi) deyərəkdən isdifadə edilsə daha yaxşı olar deyə düşünürəm. Ama yenədə dediyim kimi ideyalar əla idi♡.♡ hələ sona bayıldımm. Sonuncu hekayəni oxuyanda üzümdə bir gülümsəmə yarandı. Yazar kitabın içində kitabından yazıb>.< buda fərqli bir son>.< Ümumiyətlə yazarın qələmini sevdim. Qələminizə qüvvət əziz yazar. Uğurunuz bol, qələminiz qüvvətli, ideyanız qılıncdan iti olsun!!!
Muzaffar Pashazada
Muzaffar Pashazada
Heç bir kitab qüsursuz deyildir! Qüsurlarıyla sevin kitabları.... kitabla qalın, salamat qalın>.<
M-66
M-66Muzafferus · JekoPrint Nəşriyyatı · 202112 okunma
1/10 puan verdi
Normalda heç bir kitabı tam oxumamış fikir bildirmirəm. Amma bu kitabı 1 səhifə daha oxuya bilməyəcəm. 30-40 səh. zorla oxudum deyə bilərəm. Oxuduqca əsəb keçirdim. Sona qədər oxusam böyük ehtimal nevroz olaram. Baş qəhraman ilk səhifələrdə qızın eşqindən içir sərxoş olub stuldan yıxılıb xəstəxanalıq olur.(mənasız gülməli ərgəncə) xəstəxanaya gedir tibb bacısının gözlərinə aşiq olur. Qızın nişanlı olduğunu bilir təzdən yenə onu tərk edən sevgilisinun dərdini çəkir. 40 səhifə boyunca 50 qızla gəzib tozan baş qəhraman günün sonunda böyük eşqi Nərminin arxasıyca ağlayır. Problem sadəcə kitabın mövzusunda deyil. Yazar epitet və bənzətmələrin necə deyərlər ağını çıxarıb. Kitabı kitab edən bənzətmələrdi epitetdi bəli! Ama bu dərəcədə yox.Hər cümlədə işlənməsi oxucunu inanılmaz yorur. Təəssüf ki heç sevmədim(((
Cənnətin Ətri
Cənnətin ƏtriElmar Şahbazov · Qanun Nəşriyyatı · 201727 okunma
116 syf.
8/10 puan verdi
·
Liked
Neçə vaxtdır oxumaq isdədiyim bir kitab idi. Daha doğrusu əmin deyildim. Ama yaxşıki oxudum dediyim kitablardan oldu. Qısa olsada insana həqiqətən çox şey qatır. Düzünü desək çoxda abartılacaq tərzdə deyildi amma sevilməyəcəkdə kitab deyil. Məncə hərkəsin oxumalı olduğu kitablardan biridir. Oxuduqca necədə gözəldir uşaq olmaq deyir insan. Əslində necədə mənasız şeyləri dərd edirik,necədə mənasız şeylərə həyatımızı sərf edirik. Hər birimizi illər böyüdür təki həyat içimizdəki uşağı böyüdə bilməsin. İçinizdəki uşağın heç ölməməsi ümidiylə♡.♡ kitabla qalın☆☆☆
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · 3 Alma · 2022236.5k okunma
Reklam
27 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.