a

Azərbaycan

Ömürlə fürsətlər də at kimidir, onu minməyi, onlardan faydalanmağı bacaranlara uğur və ümid gətirir.
Sayfa 220Kitabı okudu
"İnsanın qorxuları mütləq özündəki çatışmamazlıqdan qaynaqlanır. Yola çıxan səyyahın qorxusu tanımadığı yol və uğursuz səfərlə bağlı olar.Yanacağı bol, qaçaq mal aparmayan,getdiyi yerdə yaşayacaq yeri olan birisi niyə qorxsun ki?"
Sayfa 111Kitabı okudu
Reklam
Şükriyyə heç kimlə könül bağı qurmağı bacarmadığını ona deyə bilmədi.Könül bağladığı insanlar onun həyatını tərk etdikcə qəlbində qövr edən yaralara məlhəm tapa bilmədiyini diliylə izhar etməyi bacarmadı.
Bəli, seçim anında çoxluğa üstünlük verməliyik. Hər kəsi xilas edə bilmərik. Gücümüz yetənlə kifayətlənməliyik. Edə bilmədiyimiz şeylər üçün üzülməməliyik. Çünki, ola bilsin, sənin mərhəmətlə qərar verdiyin iş barədə Allah tamam başqa yol cızıb. Bunun hikmətini anlamaq üçün baş sındırmaq, ən ümdəsi vaxt itirmək bizim ziyanımızadır.Sən suyunu daşı, İbrahimin odu onluqdur. İbrahim bilər, Allah bilər.
Yaxşılıq zəncir kimidir, halqaları da Allahin əlindədir, ay Cavad.Sənin uşağına sahib çıxdılar, sənəgörə, sənin etdiklərini bilmədən.
Sayfa 239Kitabı okudu
Cənnəti də, cəhənnəmi də insan yaradır. İnsan bunu başa düşür mü? Bax məsələ budur. Hər birimiz əvvəl-axır yaddaşımızın quyusuna enməli oluruq. Daha orda nəyi xatırlamalı,nəyi dərk etməliyik, bu hər kəsin özünə görə dəyişir. Hə, çətinə düşəndə Allahı axtarırlar, bəs çətinə düşənə qədər harda idilər? Məsələ budur.
Sayfa 226Kitabı okudu
Reklam
Geri117
180 öğeden 171 ile 180 arasındakiler gösteriliyor.