Profil
"Biz yalan danışırıq, həm də gülürük. Biz fikrimizi qəti söyləsək də, yenə də şübhədən azad deyilik. Bu gözəldir. Gözlənilməyən hadisələr sillogizmdən əmələ gəlir. Yer üzündə hələ də içi paradokslarla dolu olan gizli qutunu şən-şən açıb-bağlamağı bacaran adamlar var"
Sayfa 117 - TolomyesKitabı okuyor
"İnsanları bize yaptıkları iyilikler kadar değil bizim onlara yaptığımız iyilikler kadar severiz."
Sayfa 164 - Türkiye İş Bankası Kültür Yayınları 8.BasımKitabı okuyor
Hazırda ən çox istədiyim şey...
"Öyrəndiyimiz hüquq dərslərini əyləncələrlə, yeməklə tamamlayaq!"
Sayfa 116 - TolomyesKitabı okuyor
"Mənə gəldikdə, mən bu biçarə kişilərə Napoleonun İtaliya ordusuna dediyi sözləri deyirəm: "Əsgərlər, sizin heç nəyiniz yoxdur. Düşmənin hər şeyi var"
Sayfa 116 - TolomyesKitabı okuyor
"Tarixdəki bütün basqınlar, toqquşmalar bir qadın tumanının araya qarışması nəticəsində olub"
Sayfa 116 - TolomyesKitabı okuyor
"İzdivac peyvənd kimi bir şeydir- ya yaxşı çıxa bilər, ya da pis"
Sayfa 115 - TolomyesKitabı okuyor
"Sözlər yalançıdır; onların verdiyi mənaya kor-koranə inanmaq lazım deyil"
Sayfa 115 - TolomyesKitabı okuyor
"...səhv etmək eşqin xasiyyətidir. Eşq macərası daim döşəmə yumaqdan dizləri qabar olan ingilis xidmətçi qadını kimi lap kütləşənədək dizi üstə sürünmək üçün yaranmayıb. Eşq macərası, o gözəl və dadlı macəra bunun üçün yaranmadığından şən-şən səhvlər edir! Kimsə deyib: "Səhv etmək insana xas olan bir şeydir". Mən isə deyirəm ki, səhv etmək aşiqlərə xasdır"
Sayfa 114 - TolomyesKitabı okuyor
"Bunu yadınızda saxlayın: hər bir ehtirasımızın, hətta eşqin belə öz mədəsi var ki, onu çox yükləmək lazım deyil. Hər zaman hər şeyin üzərində vaxtında "bəsdir" sözünü yazmağı bacarmaq lazımdır. Lazım gəldikdə özünüzü ələ almalı, iştahanızı qıfıllamalı, xəyalatınızı həbs etməli, hətta özünüzü polis idarəsinə belə aparmalısınız. Ağıllı o adama deyərlər ki, vaxtında özünü dustaq edə bilsin. Mənə heç olmasa bir az etimadınız olsun. Mən necə olsa da, hüquq elmləri ilə məşğul olmuşam, bunu mənim verdiyim imtahanlar təsdiq edir, mən istintaqa verilməli işlə istintaqda olan iş arasındakı fərqi bilirəm; man Romada Munasi Demens ata qətlinə dair işlər üzrə kvestor olduğu zaman tətbiq edilən edam üsulları haqqında latın dilində dissertasiya müdafiə etmişəm. Mən, çox güman ki, hüquq doktoru olacağam. Lakin bütün bunlardan mənim busbütun axmaq olduğum haqqında elə də şəksiz nəticə çıxarmaq olmaz. Məsləhət görürəm, arzularınızda bir az mötədil olasınız. Adımın Feliks Tolomyes olduğunu necə bilirəmsə, söylədiklərimin də doğru olduğunu elə bilirəm. Xoşbəxt o adamdır ki, qəhrəmanlıq tələb edən bir qərara vaxtında gələ bilir və Sulla, yaxud Origen kimi hakimiyyətdən əl çəkir!"
Sayfa 113 - TolomyesKitabı okuyor
"Nitqin parlaq olmasını istəyirsinizsə, nə deyəcəyinizi yaxşıca düşünün. Çox hazırcavab olanın başı tez boşalar. Ağzı açıq qalmış pivə köpüklənməz. Tələsməyin, cənablar!"
Sayfa 112 - TolomyesKitabı okuyor
250 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.