"Niyə film izləmək yox da kitab oxumaq?" sualının cavabı mənim üçün həmişə ədəbiyyatın bədiiliyi olub. Ona görə –bu yanaşmanın düzgünlüyü şübhə altında olsa da– bir əsərin bədiiliyi, mənə görə, onun sujetindən həmişə bir addım qabaqda olmuşdur...
Əsərin süjetinin özünəməxsusluğu və yazarın hekayəni hansı üsulla çatdırdığı mənim üçün yeni təcrübə oldu. Mən adətən bir bədii əsər oxuyarkən onun hər cümləsindən, ya da ən azında çox cümləsindən böyük təsirlər gözləyən biri olsam da, hekayə yazmağa cəhd eləmiş biri olaraq bir hekayəni bu cür detallı təsvirini etmək və ağıldakı təsəvvürü sadəcə sözlərlə yansıdmaq heç də göründüyü kimi asan deyil, altını xəttlədiyiniz cümlələri olmasa belə. Sırf buna görə belə əsər həqiqətən tərifəlayiqdir.