Gül Şiir

Gül Şiir

3 üye · 3 yeni gönderi
Mən onu sevmişəm bir ilk baharda
Sevib sevilənlər çox gözəl bilir. Olmayıb vəfası ilk məhəbbətin. İzləyir aşiqi son mənzilədək Şirin məcarası ilk məhəbbətin Mənim dediklərim şikayət deyil, Ürəklər yandıran hekayət deyil, Həqiqi aşiqə kifayət deyil, Tükənməz cəfası ilk məhəbbətin. Sevgisiz gül-çiçək bitməz,ey könül, İnsan muradına yetməz,ey könül, Nədəndir,bilmirəm getməz,ey könül Başımdan sevdası ilk məhəbbətin! Bu dərdə neyləsin loğmanın əli? Əlimə dəyməmiş cananın əli, Döydü qapımızı hicranın əli, Budurmu mənası ilk məhəbbətin? Mən onu sevmişdim bir ilk baharda, O məni tərk etdi boranda,qarda. Hər yara sağalıb,unudular da, Sağalmaz yarası ilk məhəbbətin.
Süleyman Rüstəm
Süleyman Rüstəm