Gül Şiir

Gül Şiir

2 member · 6 new post
Düzünü de
Mən bütün filmlərə ağlamışam, bilirsən? Həm də mühüm bir şeyi anlamışam, bilirsən, Bir xoşbəxtlik görəndə niyə ağlayır adam? Bir gün xoşbəxt olmağa ümid bağlayır adam. Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç? Sən xoşbəxt adamlara həsəd apardınmı heç? Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi? Sevilmək istədinmi xoşbəxt adamlar
Reklam
Yalan deyil
Bir gül dərdim yar bağından Gül saralıb solan deyil Çox sevənlər görüb dünya Sənə mənə qalan deyil. Oyna sevdiciyim oyna Qəm qüssəni yaxın qoyma Doğransamda qıyma-qıyma Könül səndən dönən deyil. Yaşayırıq ömür təzə Baxmaram bir özgəsinə And içirəm sevgimizə Bu məhəbbət yalan deyil. Öz haqqındır sən öyünsən Mən yer oğlu , sən göyünsən Könlüm bilir ərköyünsən Her sözünə sınan deyil.... © Fəxrəddin Ziya
Dərdin ortasında tər tökən yetim, Mən sevincin bucağıyam, bucağı. Doğmaların hər halına yanan mən Bu dünyanın ocağıyam, ocağı. Mən yandıqca gözlər çıxdı tüstümə, Doğmalarım qızınırdı istimə. Heç kim "can"la yüyürmədi üstümə, Öz dərdimin dayağıyam, dayağı. Mən öləndə gəlmisənmi,ay adam? Öz qəmimə təzə deyil,boyatam. Nə qohumam,nə qonşuyam,nə yadam, Mən hamının uzağıyam, uzağı. Dərd dağımı bürüyübdür çən,duman, Dost-tanışdan nə küsənəm,nə uman. Bu gün keçib,sabaha da nagüman, Mən dünyanın qonağıyam, qonağı. Nadir,daha bağça olsa hər yanın, Dərdi tapıb cavan yaşda sağ canın. Həsrətinə canı yanan, dünyanın Ən dözümlü uşağıyam, uşağı. © Nadir Məmməd
Bu həyatdır, var qəmi, Hər qəmin ayrı dəmi. Bu dünya dərdli zəmi, Dənə dönür adamlar. Məlum özümə sirrim, Döyünür yara qəlbim. Hara getsək də, Rəbbim, Sənə dönür adamlar. © Nadir Məmməd
Qızıma
Dinlə sözlərimi, yaxşı qulaq as İnsan bu dünyada qonaqdır, qızım. Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər Bu gün var, sabah yox, sınaqdır, qızım. Ətrafa boylanıb bir göz gəzdirsən, Nə qədər hikmətlər, sirlər görərsən. Toxum səp, meyvəsin mütləq dərərsən Zəhmətin bəhrəsi dadlıdır, qızım. Sadə ol, sadəlik ucaldar səni, Gözəl duyğularla bəslə
Reklam
105 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.