Gül Şiir

Gül Şiir

3 member · 1 new post
Can istə verim eşqinə qurban, gözüm üstə Bir gün görəcəksən ki, dayandım sözüm üstə. Gündüzlər üzündür, gecələr zülfün, əzizim, Könlüm qalıb əvvarə gecəm, gündüzüm üstə.
Pünhan Azim
Pünhan Azim
Necə unudum səni
Könlümün sirdaşısan, Necə unudum səni? Gözlərimin yaşısan, Necə unudum səni? Çəmən yaşıl, göy dəniz, Ömrə vaxtsız-vədəsiz, Gətirmisən qışı sən, Necə unudum səni? Arzuya-kama çatdıq, Biz bir dünya yaratdıq, Torpağı mən, daşı sən, Necə unudum səni? Ürəyimdə qorundun, Saçlarımda dən oldun, Alnımın qırşısan, Necə unudum səni? © Zivər Ağayeva
Reklam
Bir gözəli sevə-sevə yaşaram!..
Çəkər bir əl saçlarıma sığal, hey, Bir çüt gözdən üstümə nur yağar, hey... Bir xoş nəğmə qəm-qüssəmi boğar, hey, Könlüm uçar, uca dağlar aşaram, Bir gözəli sevə-sevə yaşaram. Təbəssümü dodağıma çilənər, Ömrüm-günüm sevincinə bələnər. Duyğum, eşqim yağış olar ələnər, Çaylar kimi sellənərəm, daşaram, Bir gözəli sevə-sevə yaşaram!.. Yuyunar ağ şəfəqlərdə gül üzü, Yelkən açar taleyimin gündüzü. Qəlbə qüvvət, qanad olar hər sözü Dinər könlüm, nəğmə, şeir qoşaram, Bir gözəli sevə-sevə yaşaram!.. ✨
Kamran Məmmədzadə
Kamran Məmmədzadə
Əbədiyyət
Mən sənin nəğmənin əks-sədası, Könlünün tükənməz arzularıyam. Qışında bir ilıq payız havası, Yayında bir sərin quzey qarıyam. Gecə zülmətində, qaranlığında Qəfildən parlayan qəmərinəm mən. Kədərli çağında, qəmli çağında
Elə
Sən mənə ömürsən, sən mənə bahar, Sən elə bilmə ki, sən sənsən elə. Çəmənin çiçəyi nəyimə gərək, Mənə bənövşəsən, süsənsən elə. Bir zərif qönçədən dodağın zərif, Yanağında qoşa ulduz közərib, Yanında laləyə söylədim tərif, O vaxtan inciyib küsənsən elə. Tələs, harayıma çatmağa tələs, Tez çatsan, qəm mənə girişə bilməz. Əs, bahar nəfəslim, ürəyimə əs, Haçandı bir əsim əsənsən elə. 🍃
Məmməd Aslan
Məmməd Aslan
Anasız, babasız Ofelya kimi Saçları pərişan bir qızdır eşqim. Qəlbimin buludlu səmalarında Titrəyən bir qərib ulduzdur eşqim!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Reklam
108 öğeden 91 ile 100 arasındakiler gösteriliyor.