g

Gül Şiir

2 üye
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən Allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni...
Gedirəm bu axşam, gedirəm gülüm. Bilirəm gül üzün solacaq mənsiz. Gedirəm gəlməsəm qalacaq sevgim, Bəlkə də gözlərin dolacaq mənsiz. Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Bürüyüb göyləri indi çən, duman Torpaq dilə gəlib aman! ay aman! Vətən gözü yaşlı qalsa o zaman, Ay allah, sevgilim qalacaq mənsiz! Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Piruz Dilənçi © ⠀
Reklam
Qızıma
Dinlə sözlərimi, yaxşı qulaq as İnsan bu dünyada qonaqdır, qızım. Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər Bu gün var, sabah yox, sınaqdır, qızım. Ətrafa boylanıb bir göz gəzdirsən, Nə qədər hikmətlər, sirlər görərsən. Toxum səp, meyvəsin mütləq dərərsən Zəhmətin bəhrəsi dadlıdır, qızım. Sadə ol, sadəlik ucaldar səni, Gözəl duyğularla bəslə
Sevmişəm səni
İlk bahar çağında, əriyəndə qar, Açanda yarpaqlar, sevmişəm səni. Olanda yamyaşıl dərələr, dağlar, Axanda bulaqlar, sevmişəm səni. Keçən təmtəraqlı bu gəncliyimdə, Mən ilk sevincimdə sevmişəm səni. Görsəm də əzablar dəcəlliyində, Şeirtək içimdə sevmişəm səni. Uca dağ döşündə açanda güllər, Dinəndə bülbüllər, sevmişəm səni. Gələndə ilhama eşqi-könüllər, Dil açsın qoy dillər, sevmişəm səni. Sənin saçlarında gəzəndə əlim, Söylədi ki dilim: Sevmişəm səni. Sevincdən titrədi, əsdi qələmim, Danışdı aləmim: Sevmişəm səni.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
Dostum
Qarşımda sənmisən, xəyalınmıdır? Sevdalı könlümün soltanı dostum! Gördüyüm röyamı, vüsalınmıdır? Nigaran qəlbimin cananı dostum! Sənmisən başımı oxşayan öylə? Saçımda dolaşan əllərinmidir? Xoş bir nəfəs kimi üzümdə, söylə Dolaşan dağınıq tellərinmidir? Söylə, bu gördüyüm həzin qaranlıq Axşamdır, zil qara gözlərinmidir? Xəyaldır oxşayan məni bir anlıq, Sənin ümid dolu sözlərinmidir? Kim duyardı sakit gözəlliyini Dənizin fırtına, tufan olmasa? Vüsalın ləzzəti duyulardımı, Ayrılıq olmasa, hicran olmasa?!
Rəsul Rza
Rəsul Rza
O, sənsən !
Çiçəklər boylansa otlardan qabaq, O, sənsən ! Bir dağda varsa bir gözəl bulaq, O, sənsən ! Eşitsə qulağım nəğməli bir səs, Keçsə ürəyimdən bir gözəl həvəs, Toxunsa üzümə isti bir nəfəs, O, sənsən ! Çıxmışam həyatın gülzar seyrinə, Baxıram çəmənin çiçəklərinə Könlüm heyran qalıb gülün birinə, O, sənsən ! 🍃
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
Reklam
104 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.