-İnsan, təbiətcə qürurlu olmağa meyillidi. Yaxşı cəhətləri ilə fəxr eləməyən adam çox azdı — istər bunlar gerçəkdən yaxşı cəhətlər olsun, istərsə sadəcə özümüzə xoş gələn xasiyyətlərimiz. Təkəbbürlə qürur ayrı-ayrı şeylərdi, hərçənd çox vaxt onları sinonim kimi işlədirlər. İnsan təkəbbürlü olmadan qürurlu ola bilər. Qürur bizim özümüzə aid elədiyimiz anlayışdı, təkəbbür isə başqalarının bizə şamil elədiyi sözdü.