Sirakuza kralı Dionisi filosof Aristippdən soruşdu:
- Görəsən, niyə həmişə filosoflar hökmdarları ziyarət edirlər, hökmdarlar filosofları yox?
Aristipp cavab verdi:
- Burada təəccüblü nə var ki, həmişə həkimlər xəstələri ziyarət edirlər, xəstələr həkimləri yox...