Profil
"Ben benim, ama şimdi ben sen oldum."
Şems-i Tebrizi
Şems-i Tebrizi
Reklam
"Sən okeanda bir damla deyilsən. Sən bir damlada bütün okeansan".
Mevlana Celaleddin-i Rumi
Mevlana Celaleddin-i Rumi
Yaxşı ibadət etməyin, onun bəxşişlərindən bəhrələnməyin hesab-kitabı, qaydası, necə deyərlər, mexanizmi vardır və özünü gözəl tərzdə idarə etməklə bağlıdır. Yəni özünü, öz hiss və duyğularını, nəhayət, öz qəlbini yaxşı idarə etməkdən asılıdır. Qəlb, hiss və duyğular hər şeydən daha çox düzgün idarəçiliyə möhtacdır.
Zöhd bir insan üçün məşqdir, amma ruhun məşqi. Ruh zöhdün vasitəsilə məşq edir, artıq bağlılıqlarını tökür, yüngül yüklü olur və fəzilət meydanında rahat pərvaz edir.
Sayfa 183Kitabı okudu
Reklam
Zöhd
Ehtiyac tülkü xasiyyətliliyin, ehtiyacsızlıq isə azadlığın meyarıdır. Əsas arzuları "yüngül yükə sahib olaraq rahat pərvaz etmək" olan dünya azadları öz ehtiyaclarını azaltmaqla əşya və insanların əsarət bağından azad olmaq üçün zöhd və qənaəti seçirlər.
Sayfa 171Kitabı okudu
Bəşər təbiəti, onun üzərində üstünlüyə sahib olmayan digərlərinin yeməsi, içməsi, geyinməsi və məst şəkildə qəhqəhə çəkməsinə, özünün isə sadəcə tamaşaçı rolunda seyr etməsinə dözə bilməz.
Sayfa 169Kitabı okudu
Bəzən insanlar haram qazancın yalnız oğurluqdan ibarət olduğunu düşünürlər. Xeyr, əsla belə deyil. Gəlin mövzuya uyğun bir neçə nümunəni nəzərdən keçirǝk: a. Tutalım, bir insan hansısa müəssisədə işləyir və ona verilən məvaciblə razılaşır. Ancaq bir müddətdən sonra belə qənaətə gəlir ki, çox işlədiyinə görə müdirin də xəbəri olmadan əlavə qazanc götürə bilər. Belə bir əlavə qazanc haramdır. b. Mühafizə xidmətində işləyən bir insana xidmətdə oyaq qalmalı müddət səkkiz saat təyin edilibsə, bu zaman insan onun iki-üç saatını yatırsa, həmin yatdığı saatların müqabilində aldığı məvacib haramdır. c. Səkkizsaatlıq iş rejimi olan şirkətdə təyin edilən müddət ərzində beş müxtəlif işin icrası nəzərdə tutulubsa, işçi səhlənkarlıq üzündən, məsələn, tapşırılan beş işdən üçünü yerinə yetirib və tam məvacib alırsa, aydındır ki, yerinə yetirmədiyi iki işin müqabilində əldə etdiyi qazanc haramdır.
Bizə təkəbbürlü insanlarla mübahisə etməməyi göstəriş veriblər, çünki onlar heç vaxt qane olmazlar. Belə insanlar, onlara nə deyildiyini heç vaxt anlamaz və ya qulaq ardına vurarlar. Təkəbbürlü insanın düşüncə və zehni elə bir nöqsana düçar olar ki, haqq sözün müqabilində heç vaxt təslim olmaz və haqqı müəyyən edə bilməz.
72 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.