Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İrfan

431
İlahi, şükürlər olsun ki, sarsaqlardan əziyyət çəkirəm. (İlahi, şükürlər olsun ki, aqil olan hidayət əhlinin yanındayam və bu səfdə yer tapmayan axmaqların nə qədər bədbəxt olduqlarını görürəm.)
421
İlahi, bu nemətin şükrünü necə yerinə yetirim ki, şərqdən qərbə hər yeri küfr bürüsə, ilahi (lütfünün sayəsində) imanımın sarayına iynə ucu qədər də ziyan gəlməz.
Reklam
422
İlahi, indiyə kimi nadanlıq üzündən Səndən qorxurdum. İndi isə elm (mərifət) üzündən özümdən qorxuram.
549
İlahi, üzümü (zahirimi) gözəl yaratmısan, əxlaqımı da gözəl et!
531
İlahi, terminlərlə dolu cümlələrim, şuhudi (qəlbi) mərifətim üçün hicab olmuşdur. Rəngsiz (terminlərsiz) qəlb ilə Sənin verdiklərini daşıyanların xoş halına!
İlahi, hansı düşüncələrdə idim?! Onun-bunun ardınca qaçırdım, onun-bunun qapısını döyürdüm və müvəffəq olmurdum. "Allah, Allah" edirdim ki, niyə müvəffəq olmuram? Allahım, şükür olsun ki, cavabımı vermədin. Nə yaxşı oldu ki, alınmadı. Yoxsa Həsən olmazdım. Sənə təsliməm. Buyurduğun hər hökmə və barəmdə düşündüyün hər lütfə təsliməm.
Reklam
523
İlahi, (maddi) ləzzəti tərk etmək ləzzətini dilimdə daha da ləziz et!
530
İlahi, çoxsaylı terminləri elm sanmışıq. "Ey göylərin və yerin nuru", bizim qəlbimizi “elm bir nurdur ki, Allah istədiyi bəndələrinin qəlbinə qoyar" istəyinə şamil et!
73 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.