m

Mikayıl Müşfiq

2 üye · 1 yeni gönderi
Mən gəncəm, bilirəm, istiqbalım var, Hələ bədr olmamış bir hilalım var. 05.06.1908 - ∞
İstər bəstəkar ol, istər nəqqaş ol, Şair ol, rəssam ol, heykəltəraş ol, Yaratdığın şeyi sevərək yarat, Hamıdan yüksək ol, hamıdan baş ol!
Sayfa 122 - Gənclik-2005Kitabı okudu
Reklam
Cəfər Cabbarlının ölümünə...
Ey şanlı ölkəmin, şanlı ustası, Düşdümü əlindən həyat fırçası?! Ey söz üzüyünün yanar alması, Ürəyin tutulub ləkələndimi?! ...-Öldü! - xəbər verin aşnaya, dosta - Ruhlar mühəndisi o böyük usta!... Öldü bir usta ki, ustalar başı, Bütün yoldaşların əziz yoldaşı! Öldü! Ağlamayan gözlər ağlasın, Qələmlər, kağızlar, sözlər ağlasın!...
Sayfa 138 - Gənclik-2005Kitabı okudu
İrəli qoş, irəli, Ey mənim gözəl qızım! Qalma həyatdan geri, Oxu mükəmməl, qızım! Uca dağlardan atlan, Hər çətinliyə qatlan, Bir quş kimi qanadlan, Göylərə yüksəl, qızım! Mehriban ol insana, Bir yuxarı baxsana: Göydən günəş, ay sana Eyləyir gəl-gəl, qızım!
Sayfa 120 - Gənclik-2005Kitabı okudu
Mikayıl Müşfiq indi aramızda yoxdur. O, ömrünün çiçəklənməyə başlayan bir çağında bizim aramızdan getdi. Lakin adı ürəyimizdə yaşayır. Mikayıl Müşfiqin əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır.
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində
Reklam
96 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.