“Gənc, məsum bir qızı fahişəyə çevirməyə nə vardı ki... Mazanov kimi imkanlı adamların əlində bu çox asan bir iş idi.
- Niyə susursan, polkovnik? - general mehribancasına soruşdu.
Qasımlı ona cavab vermək fikrində deyildi. Gözlərini yumub üzünü ehmalca pəncərəyə tərəf çevirdi.”
İndi susmaq dəbə düşüb, əzizim,
Susmaq dönüb qızıl olub, pul olub.
sözün varsa, pulunu al,
danışma,
indi sükut qazanc üçün yol olub.
Mənə qalsa...
aman Allah, bu nədir?!
Axx, gözəlim, "sükutuna" dən düşüb?!
Daha bəsdir, sükutunla vidalaş,
qoy dilinə çiçək düzək,
gül düzək.
Gecə düşüb, darıxıram yenə mən,
tez bir ovuc cümlə götür,
gəl bizə.
Sayfa 156 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşr·Kitabı okudu