Geleneksel Sufizm’de , “ uyanık”(gözü açık) olmak önemlidir. Neye karşı uyanık ve nasıl? Bir yerlerde şunu okumuştum: “ uyanık olmak demek, varlığı bütünüyle seyretmek” demektir. Diğer bir deyişle, kalemi değil, eli görmek mi? Her zaman bunu hatırlamak, acziyetini hatırlamak mı?
Bu əsər tək sözlə möhtəşəm idi. Həm gerçək həyatda olan hadisədən yazılmış, həm də insana huzur verən, sakitləşdirən bir tərəfi var. "Müasir dövrdə sufizm ədəbiyyatında kim gözəl əsərlər yazır" deyə soruşsalar, heç düşünmədən Sinan Yağmur deyərəm. Bu əsər o qədər gözəl təsir etmişdi ki, ardınca 3 əsərini daha aldım və onları da çox sevdim. Əsərin tərcüməsi isə mükəmməl idi
Əsərin mövzusu: Əsərdə Veysəl Qəranidən bəhs olunur. Onun doğulduğu illər Muhəmməd Peyğəmbərin (s) dünyaya gəlməsilə eyni zamana düşür. Veysəl peyğəmbəri (s) görməyi çox istəyir, amma anası xəstə olduğu üçün gedə bilmir. Lakin anası Veysələ qısa müddətə gedib gəlməsi üçün ona icazə verir. Bəs görəsən, Velsəl Peyğəmbəri (s) görə bilir? Bunu əsəri oxuduqca daha yaxşı anlayacaqsınız. Bunu da qeyd edim ki, bir əsərdə övladın ana sevgisi bundan daha gözəl göstərilə bilməzdi. Xüsusən, bu əsər gerçək həyatla eynidirsə