Lala Rovshanova

Lala Rovshanova
@lalarrva
Dedektiv yoxsa Sevgi ?
10/10
·471 syf.··
Beğendi
·
2025 3. kitabı
·
12 günde okudu
·
Okunma: 02 Şubat 2025 18:12
Kitabı oxuduqca düşünürdüm ki, kitabı mənasız yerə 471 səhifəyə qədər uzadıblar, amma bitirdikdə, kitabı 10/10 qiymətləndirdim. Kitabda ən diqqətimi çəkən məqam Madeleine hər nə qədər əri Gurney’in işləməyindən bezmiş olsa da, bəzən bir cümləsi ilə kariyerasında doğru qərar verməsinə, uğurlu addım atmasına səbəb olurdu. Həqiqətən illər bəlkə də ailədə ər-arvad arasında nələrisə dəyişir, amma sevgi, dəstək qıvılcımlarda hiss olunur. “Karısı ona kabullenme ve sevgi birleşmiş duygularla bakıyordu. Kabullenme, sevgi ve eve bir kez daha sağ salim döndüğünü görmenin neden olduğu o müthiş rahatlıkla” Bəlkə də ”Aklından bir sayı tut” bir dedektiv romanı idi, amma mənim üçün bir sevgi dastanı oldu.
Duygular
Aklından Bir Sayı TutJohn Verdon · Koridor Yayıncılık · 20231,599 okunma
Keçmişin dilindən gələcək
10/10
·72 syf.··
2025 2. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Ocak 2025 23:33
Oxuduğum kitabları unuduram deyə kiçik də olsa kitab analizi yazmaq istədim. İlk kitab analizimdir, xətalara yer vermişəmsə, üzürlü sayın. Kitabda gələcək keçmişin dilindən mükəmməl şəkildə təsvir olunur. “Siz tam yabanisiniz. Baksanıza, insan dişlerini boynuna asma adeti de başlıyor. Bir sonrakı kuşakta da kulaklarınızla burnunuzu deldirip süs diye kemik veya deniz kabuğu takarsınız.” Müəllif sanki gələcəyi görür və “dünyanın sonu”-nu öz xəyal dünyası ilə canlandırır. Sujet xəttinin əvvəli Mənə Covid 19 pandemiya dövrünü xatırlatdı. “New York’ta tuhaf bir salgın hastalığın patlak verdiği haberi geldi. Kimse bu haberi duyunca kötü bir şey düşünmüyordu. Küçük bir salgındı. Sadece bir kaç kişi ölmüştü.” 2020-ci ildə Covid-19 ilk dəfə Çində yayılanda adi bir virusdu deyə düşünürdük bir çoxumuz. Amma bizim bu “adi virusumuz” çox qısa bir müddət ərzində ölkəmizə gəldi, dünyaya yayıldı, milyonlarla insanı yoluxdurdu və minlərlə insanı öldürdü. Amma Jack London bu əsəri yazarkən dünyada hələ belə bir xəstəlik yayılmamışdı, nəinki Covid , eləcə də Vəba. Bu da müəllifin elmi savadının, araşdırmasının və uzaqgörənliyinin yüksək olduğunu göstərir. Və son olaraq… “Aynı eski hikaye yeniden, yeniden yaşanacak. Sayısı artan insanlar savaşmaya başlayacaklar.”
Kitap Alıntısı
Kızıl VebaJack London · Türkiye İş Bankası kültür Yayınları · 202447,6bin okunma