Məşhur psixoloq Cerald Rocers 16 illik evlilik həyatından sonra 20 bəndlik tövsiyə xarakterli bir məqalə yazır. Məqaləyə belə başlayır:
"Aydındır ki, mən münasibətlər üzrə mütəxəssis deyiləm, amma boşanmamın yekunlaşması ilə əlaqədar dəyişmək istədiyim bəzi şeylər haqqında bir neçə söz demək istəyirəm. Təxminən 16 il sürən evlilik həyatımı və sevdiyim qadını itirəndən sonra öz-özümə dedim ki, kaş ki bu tövsiyələrə əməl edəydim:
"Sevgili olmaqdan heç vaxt imtina etməyin. Onu bilin ki, nə o sizin mülkünüzdür, nə də siz onun. Siz evlənmə təklifi edəndə and içirsiniz ki, onun qəlbinə sahib çıxacaq və var gücünüzlə onu qoruyacaqsınız. Unutmayın ki, bu sizə əmanət edilən ən önəmli və ən müqəddəs gövhərdir. Münasibətinizə qətiyyən laqeyd yanaşmayın”.
Qəlbini sizə əmanət edən insan üçün əlinizdən gələni etməlisiniz ki, əmanəti layiqincə qoruya biləsiniz. Qorumaq - sevmək, fədakarlıq etmək, diqqət və qayğı göstərməkdir. Sevginizin tükənməsinə əsla imkan verməyin. Unutmayın ki, bu sizin öz əlinizdədir.
İstəkləri ehtiyaclarını üstələməyən gözütox insan qıtlığı yaşayır dünyamız, orucluğun dərdi bu, Ramazan ayının sözü bu. Dərhal yaxamızı kənara çəkib onu-bunu lənətləməyək, bizim də payımız var dünyamızın bu hala düşməsində, israfkarıq, çox israfkarıq, sadəcə, fərqində deyilik.
Suyu tikanların dibinə töküb gülləri susuz qoymağın başqa adıdır israfkarlıq.
Məsələn, xatirimdədir, bir dəfə gündə iki paçka siqaret çəkən dostumuzun xərclədiyi pulu hesablayıb görmüşdük ki, İlahi, aylıq düz 6 min rubl edir. Təsəvvür edirsiniz, adam ayda 6 min rublu (təqribən 150 manat) öz əlləriylə yandırıb atırmış oda, halbuki o pulla nə qədər dərdə dərman olmaq olardı, bir düşünün.
Odur ki yeri var, o misra gözümüzün gördüyü hər yerə yazılıb asılsın, hər gün silkələsin bizi, hər gün də utandırsın:
Kimlərsə acından ölür
sən öz payınla doymursan deyə.
"Ənə la uhibbul afilin!"
Bu cümləni tərcüməçilər, adətən, "mən batanları sevmirəm" deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mənalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm!
Eynən bu ayələri də ilk dəfə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Məsələn, illərdir atalarımız "qozbeli qəbir düzəldər" deyib durur, bəs, sizcə, necə, gerçəkdən düzəldər? Məncə, anlayışları qarışdırmayaq, düzəltmək başqadır, sındırmaq başqa - qəbir qozbeli olsa-olsa sındırar, düzəltmək daha zərif, daha estetik bir məharətdir.
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.