Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, könül hardadır, aldım bu cavabı:
“Heç sorma, tapılmaz, onu axtarsa da insan.”
“Mənə artıq heç nəyin kömək edə bilməyəcəyini düşünəndə gedib daşyonana baxıram. O, daşa yüz zərbə vurur, daşın səthində heç bir çat əmələ gəlmir. Amma yüz birinci zərbə onu iki yerə böləndə anlayıram ki, daşı dağıdan sonuncu zərbə deyil, buna qədər olanlardır.”