Leman İslam

Leman İslam
@lemanisl
high-functioning sociopath
Əvvəllər tez-tez fikirləşirdim: görəsən, ideal uğrunda yaşamağa qabil insanlar niyə belə azdır? İndisə görürdüm ki, hətta çoxları ideal uğrunda canlarından keçməyə hazırdır. Sadəcə, bu idealın şəxsi, azad, seçilmiş yox, ümumi və kimdənsə borc alınmış olması lazımdır.
Sayfa 179 - Emil Sinclair·Kitabı okudu
Reklam
Bəzən elə yuxularım olurdu ki, orda biz yeni, alleqorik üsullarla birləşirdik. O dəniz olur, mənsə ona axırdım. O, ulduz olur, mənsə başqa ulduz şəklində ona tərəf hərəkət edir və hər ikimiz əbədi həzzdə bir-birimizin ətrafında dairə vururduq.
Sayfa 166·Kitabı okudu
Qadın onun qarşısında dayanır və təslim olur; səma, meşə və çay - bütün bu heyrətamiz gözəllik yeni çalarlara bürünərək onun ağuşuna atılır, ona məxsus olur, onun diliylə danışır. Və kişi yalnız qadına sahiblənmək əvəzinə bütün dünyanı qucaqlayır, göy üzündəki hər bir ulduz onun sinəsində yanaraq işıq saçır... O, sevgisində özünü tapır. Çoxluqsa özünü itirmək üçün sevir.
Sayfa 165·Kitabı okudu
Sevgi istənməməlidir və heç vaxt tələb edilməməlidir, sevgi özünə inamda bulunmalıdır. Məhz bu zaman onu nəsə cəzb etmir, o özü cazibə qüvvəsinə malik olur.
Sayfa 164 - Xanım Həvva·Kitabı okudu
Hə, öz arzunu tapmaq lazımdır, onda yol qat-qat asanlaşır. Amma əbədiyaşar arzu yoxdur, nə vaxtsa birini digəri əvəzləyir və onlardan heç birini tutub saxlamaq olmur.
Sayfa 156 - Xanım Həvva·Kitabı okudu
Reklam