Əgər bəşəriyyət məhv olsaydı və yer üzündə yaşamağa qabil bircə uşaq qalsaydı belə,- hansına ki heç vaxt heç nə öyrətməyiblər - o, yenidən Allahları, şeytanları, cəhənnəmi, nəsihətləri və qadağaları, köhnə və yeni "İncil"i yaradardı.
Belə ki, dağ, çay, ağac, yarpaq, kök və çiçək - təbiətin yaratdıqları artıq çox əvvəllər içimizdə boy atıb, öz başlanğıcını ruhumuzdan götürür, hansının ki, məğzi əbədiyyətdir, hansının ki, məğzi bizlərə agah olmasa da, çoxumuz tərəfindən sevginin gücü və yaranışın möhtəşəmliyi kimi qəbul olunur.
Biz həmişə şəxsiyyətimizin sərhədlərini həddən artıq daraldırıq! Biz yalnız fərdi, hansısa fərqli xüsusiyyətlərə malik olanları şəxsiyyətlərimizə aid edirik. Amma hər birimiz dünyada mövcud olan hər şeydən ibarətik; və bədənimizin şəcərə inkişafı balıqlara qədər, hələ ondan da o yana gedib çıxdığı kimi, ruhumuz da nə vaxtsa yaşamışların ruhundakılardan ibarətdir.