Guillaume Musso bu kitabında əgər zamanda geriyə gedib kiçik bir dəyişiklik etmək istəsək, həmin dəyişikliyin ağlımızın ucundan belə keçməyəcək hadisələrə səbəbiyyət verməsini aydın və oxunaqlı bir dillə oxucularına izah etmişdir. Kəpənək effekti, paralel kainatlar, zamanda səyahət kimi mövzulara maraq göstərirsinizsə, kitabı oxumanızı tövsiyyə edirəm.
Kitab 60 yaşında Eliotun kambocalı bir kişinin ona 10 ədəd zamana səyahət həbbi təqdim etməsilə başlayır. Eliot buna çox sevinir və zamanda səyahət etmək qərarına gəlir. 30 il öncə sevdiyi qadını itirmişdi və bu itki onun qəlbində peşmanlıq hissini 30 il daşımasına səbəb olmuşdur. Lakin hadisələr Eliotun gözlədiyi kimi cərəyan etmir. O bu hadisənin qarşısını almağa nail olmaq fikrindəydisə, onu qarşıda çox böyük bədəllər gözləyirdi. (ardını oxumaq qərarına gələn oxucular üçün bölüşmürəm, spoiler olmasınn)
Kitabın məndə yaratdığı hiss çox qəribədir. Kitaba necə başlayıb, onu necə bitirdiyimi özüm də bilmədim. Bircə ondan əminəm ki, o həbblər məndə olsaydı, yəqin ki bu kitabı oxumamış biri olaraq onlardan istifadə edib, nələrisə dəyişməyə çalışardım. İndi isə kitabı oxumuş biri olaraq o həbbləri ümumiyyətlə götürməzdim. Əlbəttə, mən paralel həyatlarımız olduğu reallığını danmıram. Mənə elə gəlir ki, başqa bir kainatda hamımızın fərqli həyat tərzləri var. Amma indinin gücü və hal-hazırda sahib olduqlarımızla 5-10 il ərzində ,bəlkə də, çox şeyi dəyişəcəyik.
Xoş mütaliələr <3