“..sadiqlik ləyaqət hissinin ən birinci əlamətidir, sadiqlik bizim həyatımıza bütövlük verir, əks halda, o, minlərlə saxsı parçası kimi saysız-hesabsız dəqiqəlik təəssüratlara bölünərdi.”
O geriyə yolunu büsbütün kəsəcək nəsə eləmək istəyirdi. Həyatının son yeddi ilini amansızlıqla məhv eləmək istəyirdi. Bu, başgicəllənməsi idi. Yıxılmağa olan həvəsin onu bihuş eləməsi idi.
Biz heç vaxt nə istəməli olduğumuzu deyə bilmərik, çünki sadəcə bir ömür yaşayırıq və onu əvvəl yaşanan ömürlərlə müqayisə edə, sonrakı həyatımıza görə qaydaya sala bilmərik.