Ləman Musayeva

Nə qədər tanıyırsan həyatı? Bəs özünü? Düşüncələrin harada başlayıb harada bitir? Nələri idarə edə bilərsən? Bəs idarə edə bilmədiklərin, onlar necə olsun? Hansı mərkəzində dayanmısan dünyanın? Sənin dünyan hansı istiqamətdə dönür? Bütün suallarının cavabı var, məsələn? Nə qədər dürüstsən sevdiklərinə? Heç aynanı özünə tərəf çevirdiyin olur? Bəlkə, səhv səndədir? Eqoistliyini görürsən heç? Yoxsa, o tərfədə hər şey idealdır? Sükutu hiss edirsən? Yaxşı dinlə ola bilsin əbədi qaldı.. #düşüncələrdə
Reklam
Deyir ki: “Əvvəllər hamıdan çox səni istəyirdim. Sonra mənim istədiyim kimi davranmadın, daha əvvəlki tək istəmirəm səni.” Mən isə düşünürəm: Görəsən, onun çox istədiyi mən idim, yoxsa sadəcə mənim üzərimdən öz arzularına gedən yol? Çünki mən eyni mən idim. Sadəcə, başqalarının istəyinə gedən yolu öz istəklərimlə əvəz etmişdim. #qarışıqfikirlər
Sabah yenidən başlayacam. İndi isə düşünürəm. Dünən o qədər sərt düşməsəm, bu gün o məyusluğu yaşamasam, sabah daha yaxşısını etmək üçün çalışacaqdım? #arayış
Elə hiss edirdim ki, ruhumun dərinliklərinə kədər notları sərpişdirilib və nəticədə həyatım hüzünlü melodiyalar səsləndirir. #qaralama
Uzaq olmağı mən seçmişdim, bəlkə, amma onlar da məmnunluq duymuşdu ki, bu uzaqlığı yaxın etmək istəmədilər. Məsələ məsafələr deyildi, məsələ gözlərindən uzaq olarkən könüllərindən də uzaq düşməyim idi. #qaralama