Düşünün ki, kitab oxuyursunuz və oxuduqlarınızın ağırlığını qaldıra bilmirsiniz
başınız dönür, ürəyiniz bulanır, hiss edirsiniz ki, elə indicə huşunuzu itirəcəksiniz. Bir az qeyri-real səslənsə də kitabın müəyyən bir qismini oxuyarkən ciddi çətinlik çəkdim, bir nöqtədən sonra yuxarıda təsvir etdiyim hallar baş verməyə başladı. Bəlkə də, hadisələrin real oluşu bu qədər təsirlənməyimə səbəb olmuşdu, ya da həssas olduğumuz mövzularda təsirlənməyimiz daha asan olur, əmin deyiləm.
Təxminən 20 səhifəlik qismi çıxsaq kitab əla bir motivasiya qaynağı ola bilər. Varisin həyat yolu, imkansız görünəni mümkün etməsi, mübarizəsi, cəsarəti çox şey öyrədir. Mütləq onunla tanış olmalısınız