Kitabı ifadə edə biləcək doğru-düzgün kəlmə tapmıram ki, nə şiş yansın nə kabab. Yazar xanım hansı fikirlərlə qələmi əlinə alıb, oxucuya nəyi çatdırmaq istəyib bu bir ayda anlamadım ki, anlamadım. İki əsas personaj var, onlar bir-biriləri ilə necə tanış olub, kim kimə o məktublarla fikirlərini çatdırır, qadın niyə uşağının vəkalətini itirib - sıfır. Bunu mistik hala niyə çatdırırsan, heç alınmayıb da. Üstəlik yaxşı satılsın deyə “yunan” etiketindən istifadə edib, amma gəl gör ki, “yunan” anlayışına dair heçnəəəə yoxdur bu kitaba oxşayan söz dağarcığında.