• Çətin oxunan möhtəşəm roman

    2011-ci ildə BBC-nin tərtib etdiyi, "200 ən yaxşı roman" siyahısına düşən, ingilis dilində yazılmış ən çətin oxunan kitablardan biri hesab olunan, ingilis yazıçısı Lui de Bernyerin "Kapitan Korellinin mandolinası" romanı, 2017-ci ildə "TEAS press" nəşriyyatında işıq üzü görüb. Kitabı ingilis dilindən tərcümə edən Sevil Gültəndir.

    2002-ci ildə Con Madden tərəfindən ekranlaşdırılan romanın əsas mövzusu müharibə meydanında cərəyan edən bir eşq hekayəsidir. Lu de Bernyer Tolstoy və Dikkens ənənəsinə sadiq qaldığı bu romanı ilə, ədəbiyyat aləmində layiqli iz qoymağı bacarıb desək, yanılmarıq. 1995-ci ildə bu roman müəllifinə Böyük Britaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı hesab olunan "Commonwealth Writers" Mükafatını qazandırıb. Bu romana qədər Bernyer 1991 və 1992-ci illərdə ardıcıl olaraq "Commonwealth Writers" Mükafatının qalibi olub. Bernyerin Türkiyə tarixindən bəhs edən "Qanadsız quşlar" romanı da kifayət qədər populyardır. "Kapitan Korellinin mandolinası" romanı üslub, texnika və peşəkarlıq baxımından mübahisəsiz böyük ədəbiyyat nümunəsi hesab olunur. Romanın axıcılığı, hadisələrin bir-birinə bağlı inkişafı, yazar təxəyyülünün qəribə və ovsunlayıcı sehri oxucunu öz təsirində saxlamağı bacarır.



    Amansız savaşda eşq hekayəsi

    "Kapitan Korellinin mandolinası" romanında hadisələr II Dünya Müharibəsi dövründə baş verir. İtaliyalı bir əsgər olan Karlo qorxaq və çəkingəndir. Homoseksual olan Karlo Françesko adlı əsgər yoldaşına aşiq olub və eşq əzabı çəkir. Onların həyatı Yunanıstana göndərildikdən sonra dəyişir. İtaliyanlar öz əsgərlərinə ingilis uniforması geyindirib Yunanıstana göndərməklə, müharibənin gedişatını dəyişmək, bu təxribat sayəsində Yunanıstana müdaxilə etməyi düşünürlər. Əməliyyat üçün elə əsgərləri seçirlər ki, onların ölümü böyük səs-küy doğurmasın. Karlonun bu əməliyyata seçilməsinin səbəbi cəsarətsizliyi olsa da, o bütün çətinliklərə və təhlükələrə baxmayaraq sağ qalır. Amma sevdiyi Françesko bu döyüşlərdə öldürülür.

    Bu əməliyyatdan dərhal sonra Karlo Kapitan Korelli ilə birlikdə Yunanıstanın unudulmuş, əldən-ayaqdan uzaq, sakit bir guşəsi olan Kefaloniya adasına göndərilir.



    Kapitan Korellini adanın nüfuzlu adamlarından olan həkim İannisin evinə yerləşir. İannis həkimliklə yanaşı, yaşadığı adanın tarixini yazmağa çalışan həvəskar tarixçidir. İannisin qızı Pelagiya evlidir və ərinin müharibədə olması onların arasındakı sevgini soyudub. Kapitan Korellinin davranışları onu heyran edir və Pelegiya ona aşiq olur. Pelegiyanın eşq iztirabı çəkdiyi günlərdə əri yaralı halda müharibədən qayıdır. Ayrı qaldıqları müddətdə Pelegiya ərinə çoxlu sevgi məktubları yazsa da, cavab almır. Aralarındakı münasibətin soyumağına bu laqeyidlik təkan verir. Halbuki, Pelegiyanın əri oxuma-yazma bilmədiyi üçün, məktubları nə oxuya, nə də cavablandıra bilib. Pelegiya ərindən uzaqlaşdıqca Korelliyə daha da aşiq olur. Bu gizli sevginin alovlandığı ərəfədə adaya alman ordusu müdaxilə edir və italyanlar geri çəkilməyə məcbur olur. Uzun müqavimətdən sonra italyan əsgərləri təslim olur və almanlar onları güllələməyə qərar verir. Hamının gözü qarşısında güllələnən italyan əsgərlərinin arasında Kapitan Korelli də var. Amma Karlo öz gövdəsini sipər edərək ağır yaralı Korellini ölümdən qurtarır.

    Ağır yaralanan Korellini yenidən həkim İannisin evində gizlədirlər. Həkim əlindən gələni edərək onu həyata qaytarır. Hətta yaralarını tikmək üçün Korellinin mandolinasının simlərindən istifadə edirlər. Kapitan sağaldıqdan sonra onun almanlardan gizli İtaliyaya qaçmasına şərait yaradırlar. O, mandolinasını Pelegiyaya xatirə olaraq qoyur və mütləq geri qayıdacağına söz verir.

    Pelegiya illərlə Korellinin yolunu gözləsə də, ondan heç bir xəbər ala bilmir. Artıq hər şeydən ümidini üzən Pelegiya sevgilisinin həsrəti ilə qocalmağa başlayır. Bu ərəfədə adada zəlzələ baş verir və Pelegiyanın atası, həkim İannis həyatını itirir. Amma Korelli geri qayıdır və sevgilisinə qovuşur...

    Tabulara meydan oxumaq

    Bernyerin bu romanı, sadəcə, Korelli və Pelegiyanın sevgisi üzərində qurulmayıb. Əsərdə bir çox tarixi şəxslərin, dövlət başçılarının obrazı yaradılıb. Bu baxımdan romanı tarixi roman kimi də qəbul etmək olar. Eyni zamanda, Bernyer, din, ədəbiyyat, musiqi, mədəniyyət, siyasət, əxlaq haqqında da önəmli fikirlərini bu roman vasitəsi ilə çatdırır. Bəzən müəllifin sevgi, insani münasibətlərlə bağlı düşüncələri oxucunu təkrar-təkrar düşünməyə, yaşadıqlarına yenidən nəzər salmağa məcbur edir.

    Xüsusilə homoseksual əsgər Karlonun timsalında, sanki illərlə formalaşmış ehkamlara, tabulara meydan oxuyur, homoseksual əsgəri qəhrəman kimi təqdim etməyi bacarır. Əsərin təməl ideyası sevginin qələbəsi olsa da, hadisələrin inkişafını izlədikcə müharibəyə olan nifrətimiz daha da artır. Xeyirlə şərin amansız mübarizəsində, xeyirin qələbəsini ümidlə gözləyən günahsız insanların iztirabı oxucunu sarsıdır. Müharibənin yaratdığı səfalət və ehtiyac içərisində gündən-günə dərinləşən sevgi, qırılmaz dostluqlar, insani münasibətlər müharibə dəhşətlərinin insan ruhunu tamamən məhv edə bilmədiyini göstərir.

    Ümumiyyətlə, Bernyerin bu romanı ciddi ədəbiyyat nümunələrini sevən, mütaliədən zövq alan oxucu üçün əvəzsiz nümunədir.
  • “Hem aşk geçici bir deliliktir, bir yanardağ gibi patlar ama sonra yatışır. Hızını aldığı zaman şuna karar vermelisin. Acaba kökleriniz birbirine karıştı, ayrılmayacak kadar kaynaştı mı? İşte sevgi budur. Sevgi soluk soluğa kalmak, yürek çarpıntısı, ezeli tutku sözleri vermek, günün her saatinde çiftleşmeyi arzulamak demek değildir. Gece uyanık kalarak vücudunun her kıvrımını öptüğünü düşlemek değildir. Bu aşık olmaktır sadece, her budala birine tutulabilir. Sevgi, aşk ateşi sönünce geriye kalan duygudur; hem bir sanat hem de bir kaza.”
  • Mustafa Kemal bunu görüyor ve kendi insanları adına, insana acı veren bir utanç ve tedirginlik duyuyor. Onca insanın orada, o kapının ardında, daracık ufuklarının içine yuvalanmış, hep değişmeye eğilimli olsa da asla değişmez belirlilikler ile teselli bularak ve bunlardan güven alarak kilitli kalmaktan fiilen neden hoşlandıklarını hiçbir zaman anlamayacak.
  • Hani iyi bir kitabın son sayfası bittikten sonra ağızda keyifli bir tat kalır! Kitabı eline alır oturursun öyle sonra hikayenin gerçek olabilme ihtimalini düşünür, şayet ismi Kefolonya olan bir adada doğup büyüseydin nasıl bir hayatın olacağını kurgularsın...Roman kahramanlarının gerçek olduğuna inanmanın neresi kötü?
  • Ona asıl sıkıntı veren, bütün bu resimlerin bir şimdiki zamanda çekilmiş olmasıydı, artık kaybolup gitmiş bir şimdiki zamanda. Şimdiki zaman nasıl olur da şimdiki zamanda olmazdı ki? Nasıl oluyor da onca yaşanmışlık, üstüne resimler basılı ve her yanı solup lekelenmiş küçük küçük kare kağıtlarda kalabiliyordu?
  • Zincirlerimizden başka kaybedecek bir şeyimiz yok.