"Malafa" kitabı yazarla ilk tanışlığımdır. Böyük zərgərlik mağazalarından ibarət mərkəzdə turistlərin necə aldadılmasından, oyuna gətirilməsindən bəhs edən bu kitabda insan övladının hər üzünü ustalıqla qələmə alıb Hakan Günday.
Kitabda yazarın qəribə arqoları var idi. İlk başda anlamaqda çətinlik yaratsa da sonradan oxucu vərdiş olur və bu sözlər xüsusi çəkicilik qatır romana.
Bu arada malafa üzükləri ölçmək üçün istifadə edilən alətə deyilir. Bu söz kitabda sadəcə bir dəfə istifadə edilməsinə baxmayaraq ad olaraq seçilməsi də çox yerində olub. Düşünürəm ki, yazar bununla demək istəyir ki, baş qəhrəmanımız Kozan da eynən malafanın gördüyü işi görür. Tək fərq odur ki, o, üzükləri yox, müştərilərin cibindəki pulları, əyinlərindəki paltarları, onların xasiyyətlərini ölçür :)
Bundan sonra digər kitablarını da oxumağı düşünürəm. Bəs siz Hakan Gündaydan nələr oxumusuz və ya oxumağı düşünürsüz?