Əvvəla onu deyim ki, kitabı mənə çox sevdiyim insan hədiyyə edib. Kitabı fasilələrlə 2 həftəyə bitirdim. Çox gözəl bir kitab idi, oxumağa dəyər..
Nə qədər uzun ömür yaşasaq da yenə bir-birimizə demədiyimiz sözlərimiz olacaq sözsüz ki.. Ancaq itirilən vaxtın geri qayıtmadığını nəzərə alsaq bu sözlərin sayını azaltmış olarıq..
Culiya və Tomas həyatın hər kəsə nəsib etmədiyi bir şansı əldə etdi, Adam Culiyaya lazım olan diqqəti, qayğını vermədiyi üçün aqibətinin elə olacağı bəlli idi. Əsərin sonuna qədər demək olar ki, Entoninin həqiqətən robot olduğunu ya rol oynadığını anlamadım))
Stenli fikrimcə çox yaxşı bir dost idi ,Knapp haqqında eyni şeyi deyə bilməyəcəm. Bəlkə Knapp sözlərində haqlı idi, Culiyanın Tomasın həyatına yenidən girib məhv etməsindən qorxurdu amma bu yalan danışmasına haqq qazandırmır mənim gözümdə..
Və sonunda demək istəyirəm ki, bir insan nəsibinizdə varsa hətta aradan 18 il keçməsinə baxmayaraq yenidən sizə gələcək. Və əgər hələdə sevdiklərinizə deyə bilmədiyiniz sözləriniz varsa vaxt itirməyin. Çünki hər kəs Entoni kimi şanslı olmur))