Çox sevdiyim əsərlərdən biri olan Badem ağacı Fələstinli bir uşağın həyatından bəhs edir. Mənə görə isə bu uşağın həyatı şərtidi. Onun simasında Fələstində yaşayan uşaqlardan, onların ümidlərindən, arzularından, bir çoxlarının məhv olan həyatından, çox azının irəliləməsindən, insanların əzab-əziyyətindən, zülm görmələrindən danışılır. İsrail və Fələstin... İllərdi güllə, bomba səslərini musiqi kimi eşidən uşaqlar... Bəs bütün israillilər belə zülmkardırmı? Yoxsa aralarında bu zülmə etiraz edənlər də var?
Əhməd Həmid üstün zəkası ilə ətrafındakı hər kəsi özünə heyran buraxan 8 yaşında bir uşaqdır. Lakin Fələstinin işğal altındakı torpaqlarında yaşayan ailəsini və sevdiklərini qurtarmaq üçün əlibdən heç nə gəlməz. Üstəlik hər şeylərini itirmə qorxusu ilə keçib gedən günlər ümidlərini bir az daha söndürməkdədir.
Əhməd 12 yaşında olarkən qorxuları gerçəyə dönür. Atası həbs edilir, evləri yerlə yeksan edilir. Kasıb və yox olmağa məhkum ailəsini qurtarmaq üçün Əhmədin edə biləcəyi tək şey zəkası ilə ilham verici bir həyat yoluna çıxmaqdır. Bu yolda şiddətin və qeybin o acımasız hissi hökm sürəcək, kiçik bir ümid işığı belə çöldəki bir su damlası qədər dəyərli olacaq... Əsər o qədər təsirlidir ki, ilk səhifələrindən sizə dərindən sarsacaq. Kiçik uşaqların əziyyətinin, məhv olmasının şahidi olacaqsınız. Və ən acınacaqlısı isə budur ki, bütün bu hadisələr hekayə deyil, gerçəkdir. Bizim unutduğumuz, yada salmaq istəmədiyimiz, əhvalımızı, rahatımızı poza biləcək gerçəklər...