Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Help me...
Mikayıl Müşfiqin şeir kitablarını haradan tapa bilərəm. Bəzi libfaflara, kitab mağazalarına baxdım tapa bilmədim. Almağı və oxumağı çox istərdim…
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində
Reklam
72 syf.
9/10 puan verdi
·
3 günde okudu
Oxumamışlara tövsiyyə edəcəyim balaca həcmli nəhəng məzmunlu povestdir.Bu maraqlı eyni zamanda da təsirli əsər Nikoloy Qoqolun oxuduğum ilk əsəri idi.Fikrimcə,bu kitab mənim üçün mükəmməl başlanğıc oldu.Elə kitabdırki,sanki müəllif bizimlə dostcasına danışır,süjet xəttini təqdim edir.Baş qəhramanımızın başından keçənlər,çoxumuzun həyatda
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201836,8bin okunma
Bu vəfasız ömür, bu coşqun dərə Gərək boş-boşuna axıb keçməsin! Bu gözəl cahanı sanıb pəncərə, Hər gələn sadəcə baxıb keçməsin!
344 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Qulliverin Səyahəti əsəri daha çox uşaqlar üçün olan bir kitab kimi düşünülsə də düşünürəm ki hansı yaş dövründə olmasından asılı olmayaraq hər kəsin sıxılmadan oxuyub bəyənə biləcəyi bir kitabdır. Müəllif kitabda satirik - fantastik tərzdə mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir. Qulliverin gəmi ilə müxtəlif ölkələrə səyahəti həmin ölkələrdə başına gələn əhvalatlar, ölkə sakinləri ilə söhbətləri sizə çox maraqlı gələcək və fikirlərinizə təsir edib dünya görüşünüzü zənginləşdirəcək. Əsərdən başa düşdüyüm qədəri ilə yazıçını daha çox düşündürən müxtəlif fikirlər olmuşdur məsələn insanların nəyə görə azğınlaşıb bir - birinə qarşı pisliklər etməsi, müharibələr edib qan tökülməsi, hakimiyyətə layiq olmayan adamların vəzifədə hakimiyyətdə olması, mütləqiyyətin aşağı təbəqələri əzməsi və sairə bütün bunlar kitabda satirik tərzdə tənqid olunur. Satirik fəlsəfi bir roman - son dərəcə dərin mənalı ciddi bir əsər olan Qulliverin səyahətini oxuduğunuz zaman sıxılmayacaqsız daha çox sizi əyləndirib, düşündürəcək. Xoş mütaliələr.
Qulliverin Səyahəti
Qulliverin SəyahətiJonathan Swift · Bakı, Öndər Nəşriyyatı · 20047,1bin okunma
Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim? Mikayıl Müşfiq
Reklam
O da bircə günlüyə Gələ bilsəydi indi Görərdi ki, Şaxtalar keçdi, Hava isindi. Görərdi ki, şeri Neçə dillərdə əzbər olub, Sevdiyi Bakı nə gözəl, Yaşıl donlu şəhər olub. Bu günün insanlarını görərdi. Öz əlilə Vətən bağından İstədiyi çiçəkləri dərərdi. Ürəyi fərəhlə dolardı. Gözlərində sevinc Yazardı, yaradardı. Sakit və dinc Nə dilində giley qalardı, Nə gözlərində kədər. Oxşayardı könlünü Dillərdə, dodaqlarda gəzən Mikayıl Müşfiq imzalı Nəğmələr.
Mənim dostum
İndi müəllimlik hamballıq demək, Havaya sovrulur çəkilən əmək.. Keçmişdə müəllim ağaydı, ağa !..
Sayfa 232Kitabı okudu
Sənin gülüşlərin
Cahan ki solmayan bir bağça - bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxsə ki qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək!
Sayfa 167Kitabı okudu
Reklam
Sənə qurban
Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban . Nə zaman istəsən əziz canımı Qumral gözlərinlə al, sənə qurban.
Sayfa 191Kitabı okudu
Ürək
Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim,yaşa, ürəyim!
Sayfa 189Kitabı okudu
Qurban Olduğum
Bilməm məni neçin atmış, unutmuş, Cövrü cəzasına qurban olduğum? Yoxsa özgəsinə üzünü tutmuş Yeni sevdasına qurban olduğum? Dilbəri sordum gəlib- gedəndən Dedilər barışmaz, düşmüşdür səndən. Mən iltifat etdim , o qaçdı məndən , Qasqın əsasına qurban olduğum?
Sayfa 188Kitabı okudu
Sənsiz nə zövqü var bağın-baharın? Açan çiçəklərin, uçan quşların? Sənsiz cənnət olsa kainat yarın, Heç mənim ruhumu oxşarmı söylə?
·
Puan vermedi
Müşfiq də bir günlüyə qayıda bilsəydi, görərdi ki, şeirləri dillər əzbəri olub, sevdiyi gözəl Bakı yaşıl donlu şəhər olub. Ürəyi fərəhlə dolardı. "Oxşayardı könlünü dillərdə, dodaqlarda gəzən Mikayıl imzalı nəğmələr!" İnanıram ki, bir gün onun səhər gələcəkli oxucuları heykəlini çiçəklərlə bəzəyəcəklər.. ~Qızılgül olmayaydı.
Seçilmiş Əsərləri - V Cild
Seçilmiş Əsərləri - V CildRəsul Rza · Öndər Nəşriyyatı · 20058 okunma
1.468 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.