Londra her zaman, yanları kalaslarla desteklenmiş, pencereleri mukavvayla yamalanmış, çatıları oluklu demir plakalarla kaplanmış, dört bir yanında çökmüş bahçe duvarları olan, on dokkuzuncu yüzyıldan kalma çürüyen evler silsilesi miydi?
Kitabı ikinci əl olaraq aylar əvvəl almışdım və oxumaq üçün doğru zamanı gözləyirdim. Hər səfər oxumağa çalışsam, nəsə bir bəhanə tapır və kitabı oxumurdum. Deyəsən, görüntüsü məni ondan uzaqlaşdırırdı və ya o vaxtlar həqiqətən oxumağım üçün doğru zaman deyildi. Məncə hər iki səbəb də ola bilər, çünki əvvəl oxusaydım əgər, bu qədər dərin başa düşəcəyimə inanmıram.
Mənə dərindən təsir edən hissələri paylaşmaq istəyirəm. İlk səhifələri oxuyarkən təsəvvür etmək çətin gəlirdi sonralar isə həm dialoqlarda, həm də Santiago’nun düşüncələrində həyata dair fəlsəfəli cümlələri oxumaqdan zövq aldım. O qədər maarifləndirici, düşündürücü və dərs çıxarılmalı kitabdır ki, dəfələrlə oxusam da, hər səfərində gözdən qaçırdığım yeni şeylər tapacağımı düşünürəm.
Simyacı