Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Bu rəsmdir ki, aşiqin gözündə yarı şah olar, Yanağı qibləgah olar, ayağı səcdəgah olar. Günahımı yazan mələk, bu dəfə yazma, rəhm elə, Çün, eşqdən doğan günahı yazmağın günah olar. Kamal Hüseynzadə
İnsanı yolda tanımırlar
Cəmiyyətimizdə sevgidən danışmaq yaxud yazmaq nə qədər qəbul edilən və xoş qarşılanandırsa, seks mövzusunda söhbətlər bir o qədər xor baxılan, pisə yozulan və bəyənilməzdir. Bizim insanımız romantik fikirlər dünyasına yalnız həzin musiqi sədalarının, yaxud da öz normasına uyğun tuluğuna tökdüyü içkinin təsirindən sonra ayaq basa bilir. Daxilindəki heyvani hissləri maskalayan insanlar içindəki tabunu yıxa bilməyəcək qədər aciz, mənəviyyatca çəlimsiz, əqidəcə anormal yaradılmışdır. Hə, məhz öz kimliyindəki məhrumiyyət çərçivələrini aşa bilmir bu insanlar. Təskinlik, təsəlli nədir? Əlbəttə, sevgi! Var? Yoxdur! Bəs niyə özünü və qəlbini mələk hesab edən insanlar ağzı köpüklənənə qədər şövqlə sevgidən danışırlar? Çarəsizlikdən! Onlar real rollarını cəmiyyətdə, toplum arasında olanda deyil, yataqda oynayırlar. İnsanı tanımaq üçün onunla bircə dəfə eyni yatağı adam balası kimi paylaşmaq kifayətdir. Əlbəttə, “adam tanımağın” başqa xeyli üsulları da vardır. Amma heç biri zaman və həyat acısından praktik və məzmunlu deyil.
Reklam
"Kimdi axı o? Sadəcə sıradan bir qız. Amma baxışları dəli edir məni Onun qolları əbədi qəfəsim Məni öldür, ya götür bu dərdləri Bu mu sevgi? Mən tanımıram hissləri..."
Qaraqan
Qaraqan
- "Mələk"
Səbuhi–"Məzardakı Tanrı"
Tanrım ! Rəhm eləlsən, rəhminə sığınmışam ! Şeytanı mələk bilib cənnətdən qovulmuşam... Etdiyim günahların hesabı şübhəsizdi, Zehnində yalanlayıb səni də unutmuşam...
Şeytanla mələk də barışıb indi.
O, mənə baxıb gülümsəməyi öyrənmişdi, mən də ona baxıb nağıllara inanmağa başlamışdım. Mələk, Qaraqan
Reklam
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır, Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. O bir mələk… onu təqdis edər böyük yaradan. O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət: Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək... Hüseyn Cavid
ruhun nə gözəldir,həmi bax sən nə gözəlsən, insana sevinc bəxş eləyən qəmli qəzəlsən. -yəni özəlsən. sən hər sinifə daxil olarkən o uşaqlar şıltağlıq ilə səndə olan sevgini qavrar sonra bir ağızdan hamısı tez çəkərək car -“burda mələk var.” sayəndə uşağlar elə bir gün gələcəklər biri rəsmi,biri şe’ri baxaraq öyrənəcəklər sən şamsan əgər yanmasan,onlar sönəcəklər, -bir ümid sönməyəcəklər. boşluğlara rəğmən öz həyat eşqini yandır. insana qalan sevgi dolu bir quru candır. -sanma yalandır. ©Kvasir.
Güzgü
Güzgü düz göstərmir heç bir insanı, Güzgüdən boylanan biz deyilik ki! Nə qədər diqqətlə baxsaq da ona, Qəlbin aynasını görməyirik ki! Bəzən ruhu uca kiçik görünür, Xisləti alçaqsa, ruhundan uca. Hərdən əsl sima göründüyündən, Ya daha gənc olur, ya daha qoca. Mələk cildində də şeytan gizlənir, Zərif vücud var ki, qəlbi daş, kəsək. Dünyada yaşamaq nə rahat olar, Əsl simaları güzgüdə görsək. ÜLKƏR HÜSEYNLİ
Susursansa, gərək əbədiyyən susasan..
- Bəs mən səni sevdiyimi desəm, etiraz eləməzsən ki? + Susmaq haqqım var? - Mən ən çox sevdiyim insanı itirməyi gözə alıb bunu deyirəm. Səncə, susmaq haqqın var? Qanadsız Mələk, Aysel Şıxlinskaya
Reklam
Qaçış
Olduğum situasiyalardan qaçmağı sevirəm. İllərdir mən "mən" ola bilməkdən qaçıram. İnsan yaşadığı şəhərə, evə , ətrafa , hətta cəmiyyətə uyğunlaşmayan da sadəcə tək çıxış yolunu özü-özü ilə qalmaq da görür. Necə deyərlər "axmaq cəmiyyətdənsə təklik hər zaman daha əlverişlidir". Özümü bir yerlərə aid hiss etmirəm , sanki bu mən deyiləm. Müəyyən cildə girmiş insanların isə mələk kimi ətraf da dövrə vurması isə ağıl alan iş deyil. Hər şeytan cildində bir mələk var. Adına "insan" adı verdiyimiz şəxslər.
Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş? Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş. Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin eşqindəki məna nə imiş! Bivəfasən, mələk olsan belə uymam daha, get! Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Hüseyn Cavid
Hüseyn Cavid
🪶
Söyüş
Başqa ölkələrdəki kimi, bizim cəmiyyətdə də kişilər çox söyüş söyürlər. Qadınların söyüş söyməsi isə yaxşı qəbul olunmur. Kişilər öz aralarında söyürlər, yanlarından qadın keçsə, söyüş söyən kişilər dərhal susur və ya başqaları ona qaş-göz edib söyüşü saxladırlar. Söyüş və arqo kəlmələr hər bir dilin bir hissəsidir. Bu cür kəlmələrə ayrıca
İndiyə qədər hər zaman oxuyucu olmuşam,indi isə məqsədsiz bir şəkildə başlamış olduğum,amma yazmaq mənə yaxşı gəldiyi üçün davam etmək istədiyim kiçik bir yazı işimi paylaşmaq istəyirəm.Əslində ağlımda heç nə olmadan yazmağa başladığım əsərin 1-ci fəslini sadəcə...Fikirləriniz maraqlı olduğu üçün tənqid və rəyləriniz mənim üçün xüsusi önəm
252 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.