Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
132 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Hər kəs Qaraqanı dinləyə bilər, kitablarını da oxuya bilər. Amma hamı onun əslində nə oxuduğunu, nə demək istədiyini başa düşə bilməz. Qaraqan'dan oxuduğum ilk əsər idi. Kəsinliklə davamı gələcəkdir. Bu əsər axıcı olduğu üçün tez oxumaq olur. Bəs başa düşmək necə? baxın orası çətin məsələdir. Əgər Qaraqan haqqında bir profil beyində
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,520 okunma
Reklam
372 syf.
·
Puan vermedi
Aysel Şıxlinskaya
Aysel Şıxlinskaya
xanımın ilk kitabı idi ki, şans verirdim. Və çox bəyəndim, sözün açığı gənc yazıçıların əsərləri çox da diqqətimi çəkməyib indiyədək. Amma
Qanadsız Mələk
Qanadsız Mələk
kitabı fikirlərimi dəyişdi, önyargımı bir kənara qoymağıma səbəb oldu. Roman sevgidən bəhs edir, məlum olduğu kimi. Əsəri oxuyarkən heç sıxılacağınızı sanmıram, çünki olduqca axıcıdır, yeni nəsil oxucular üçün düşünürəm ki daha da maraqlı olar bu romanı oxumaq. Xoş mütaliələr ( bu incelememdə də istədim ki, spoiler verməyim, oxumaq istəyənlər üçün kitabın sürprizi qaçmasın))
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
424 syf.
10/10 puan verdi
·
16 günde okudu
SPOİLER ALERT!!! SPOİLER ALERT!!! SPOİLER ALERT!!! Və nəhayət mənim üçün dəyərli kitabı oxuyub bitirdim. Kitabda Kazan tatarları və onlarla eyni taleləri bölüşən fərqli qəbildən olan insanların yaşadıqları təsvir olunur. Züleyxa adlı qadının sürgün həyatı və sonra həyatında baş verəcək anıları və s. Çətinliklər, əzab - əziyyət, onunçün həqiqətən mələk sayılacaq doktor Leybenin ona şans əsəri rast olması və daha nələr nələr. Bu əsərdə zülm, qayğı, sevgi, nifrət, ehtiras, xəbislik və s. Məni nədənsə o yerlər özünə çəkdi. Bilmirəm mən nə vaxtsa ora gedə biləcəyəmmi, amma ən azından təsvir olunan qədər cəlbedicidir. Həqiqətən də bu kitabı oxuyub bitirməyə dəyərdi. Zövq aldım və oxumayanlara da tövsiyə edirəm.
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini Açır
Züleyxa Gözlərini AçırGuzel Yakhina · Qanun Nəşriyyatı · 039 okunma
200 syf.
7/10 puan verdi
·
6 günde okudu
Ümumiyyətlə, kitab maraqlı idi, çatdırmaq istədiyi fikirlərin əksəriyyəti əhəmiyyətlidir, fikrimcə. İlk başlarda axıcı irəliləyir, lakin artıq ortalarda yazıçı dinin təbliğatına çox yer verir. Dinə, tanrıya inanmamağı və inanmayanları əxlaqsız, talançı, pozğun adlandırır. Mən bu fikirlərlə razılaşa bilmədim. Hər tanrıya inananın yaxşı, mələk ruhlu insan olmadığı kimi, hər tanrıya inanmayan da şeytani hisslərlə dolu biri deyil və dini inancın olmaması cəmiyyəti bədbəxtliyə sürükləmir. Elmi tərəqqi din təbliğatı olmadan da mümkündür. Bu mənfi yönləri ilə yanaşı kitabda ən çox bəyəndiyim fəsillər valideyn və uşaqlardan, təhsildən, memarlıqdan, idarəetmədən bəhs etdiyi fəsillərdir. Ümumən kitaba şans verməyə dəyər, ancaq hər fikri ilə razılaşmaq çətindir və bu da normal bir haldır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201998,9bin okunma
95 syf.
8/10 puan verdi
·
16 günde okudu
Spoiler xəbərdarlığı..
Lev Tolstoyun əsərlərinə bu əsər ilə başlamaq mükəmməl başlanğıcdır deyə düşünürəm.Yazar bir kitaba çox mövzunu düşündürücü şəkildə sıxışdırıb.Başlamamışdan əvvəl qeyd edim ki,incələmədə çox spoiler var əsas da 1ci bölümə aid hissədə.Əgər kitabı oxumağı düşünrsünüzsə kitabdan sonra incələməni oxuya bilərsiniz. Kitab 3 hekayədən ibarətdir.Tolstoy
İnsan Ne ile Yaşar
İnsan Ne ile YaşarLev Tolstoy · Oda Yayınları · 2018190,6bin okunma
Reklam
372 syf.
10/10 puan verdi
·
6 günde okudu
Aysel Şixlinskaya - Qanadsiz Mələk
Salam herkese . İlk önce deyim ki təhlili çox yazmaq istəmirəm çünki çox çox maraqlı bir kitabdır istəyirəm özünüz oxuyasiz . Alsanız peşman olmazsiz . İlk başda biraz qarışıq ola bilər ama en sonunda herşey aydınlaşır . Obraz olaraq Murad daha çox sevdim . İnşəallah həyatımızda onun kimi dost yada həyatımıza rəng qatan insanlar olar . Çox bəyəndim 10/10 .
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
·
Puan vermedi
ilkhamashadov
Ad,Soyad Ilkham Asadov Yaş 10 Mart 1999 (25 Yaş ) Doğulduğu yer Zaqatala Vəzifə Repçi, Yazıçı Yenilənmə tarixi 27-03-2023 İlham Əsədov 10 mart 1999-cu ildə Zaqatala şəhəri, Qaqarin məhəlləsində anadan olmuşdur. 2017-cüi ildə Gimnaziya liseyini bitirmiş, sonra isə İstanbul'da Mərmərə Universitetinin Ədəbiyyat fakültəsinə daxil olumuşdur. İlham, rep musiqisiylə 12 yaşında, həm yerlisi olan Aslixan Abuşov sayəsində maraqlanmağa başlamışdır. İlk dinlədiyi mahnısı isə ( Çoci Xəyallar Adası ) adlı track olmuşdur. Eyni zamanda Türkiyə repindən Sagopa Kajmer, Ceza eləcə də yerli repdən H.O.S.T Oldrap və Rap Out Clan həmin illərdə onun maraq dairəsində olub. Deyilənlərə əsas gətirsək, azdığı şeir'lər bir xəyalın məhsuludur. Sevdiyi şair isə, Qərbi Azərbaycan'lı olan Məhəmməd Hüseyn Şəhriyar olub.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,520 okunma
408 syf.
·
Puan vermedi
Oxudum Bitdi. Yazar: Elxan Elatlı Kitab: Qazinin Ölümü Səhifə: 408 Bəzi cümlələrdə spoiler ola bilər. Elxan Elatlı ölkəmizdə ən çox sevilən və ən çox irad tutulan yazarlardan bəlkədə birincisidir. Qəbul etmək lazımdır ki, yazarın ilk vaxtlarda yazdığı kitablar ilə son dönəmlərdəkilər arasında uçurum var. Yazar sanki nəyinsə xətrinə kitab yazır.
Qazinin Ölümü
Qazinin ÖlümüElxan Elatlı · Xan Nəşriyyatı · 202259 okunma
132 syf.
7/10 puan verdi
·
Beğendi
Demeli nece qaraqanin oxudugum ikinci kitabi idi. Cox maraqli idi . Eserden biraz danism. Bir oglan olur adinin unutmusam. O qaldigi mertebenin basinda bir meleki tapir (eserde sufi mehebbet var) ve onu evine gətirir. istəmədən yavas yavas evinde onu saxlayir ve oglan meleye asiq olmaga baslayir.qenedleri yaralanmis olur ve anasi ile atasini cagirirki gelib onu muayne etsinler.lakin anasi meleyisorur ve asib yıxılır.atasi ise temkinli qalir ve melyin qanadlarıni müalicə etmeye baslayir. Atasi meleyi satmaq fikrinde olur . Oglu ise qoymur .hadiselerin davamini kitabi alsnaniz ozunuz oxuyarsiniz heqiqeten cox gozel kitabdir...... Qaraqanin eserleri umumiyetle yaxsi olur,yeni oxudugum eserden netice cixarmagi bacarirsiniz.bu yaxsi bir seydir . O eserlerine real yazir bezi insanlar beyenmeye biler ama men onun bu terzini sevirem .adice mahnilarindada bu realligi gormek mumkundur.......
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,520 okunma
Reklam
372 syf.
·
Puan vermedi
·
32 günde okudu
Günümüzü əks etdirən bu kitab çox maraqlı , hüzurverici və axıcıdır.Ancaq bir ziddiyyəti qeyd etmək istəyirəm.Beləki, Murad heç vaxt idmana getmədiyini(səh.237), sonra isə daha öncələr Ayxanla birlikdə idmana getdiklərini qeyd edib(səh.267)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
376 syf.
6/10 puan verdi
·
20 günde okudu
"Bu şəhərdə kimsə yoxdur ?!"
Bu şəhərdə kimsə yoxdur ?! Məncə var. Bu şəhər bir-birindən gözəl insanlarla doludur. Sadəcə ətrafımıza baxmalıyıq, yeni insanlar tanımalıyıq. Hər birimizin həyatını dəyişəcək bir mələk mütləq olacaqdır. Bu bəzən bir insan olar bəzən də bir kitab. Biz Visamdan nə olursa olsun pozitif olmağı həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrənirik. Visamın Villiyə öyrətdiyi ən əsas şeylərdən biri də bizim sevinmək üçün xoşbəxt olmağımız üçün hər zaman bir səbəbimiz var. Sevdiklərimizin qədrini vaxtında bilməliyik necə ki Helen öz qayğısını oğlu Villidən əsirgədi və bir ömür peşmanlıqla yaşayıb öldü. Biz Visamın və ailəsinin timsalınnda insanın bir inanca necə sadiq qala biləcəyini gördük. Qazi Bədr öz doğru bildiyi yolda oğlunu qurban verdi. Heç nəyə zahirə əsasən hökm vermək olmaz. İnsanları insan edən onların dinləri və məzhəbləri deyil mənəviyyatlarıdır. Həyata ümidlə baxdığımız anda həyat bizim üçün yeni qapılar açacaq. Amma İnsan bağlı qapılara o qədər baxır ki üzünə açılmış qapıları görmür. Visam kimi acınacaqlı bir həyat yaşamış xəstə bir gənc həyata bu qədər nikbin baxarkən xırda problemlərimizə görə bizim bu qədər üsyan etməyə sizcə haqqımız varmı?
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
132 syf.
10/10 puan verdi
·
Beğendi
Qaraqan
Şu kitapa tüm kalbimi bıraktım. Her kese şiddetle öneririm. Konu şöyle ki, bir adamın evinin damına Melek düşür. Melek ve adamın başına gelenlerden konuşuluyor.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,520 okunma
139 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.