Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Elxan: Bəncə bilmərrə bütün insanlar Həp gözəl olmalı, yaxud çirkin, Həp fəqir olmalı, yaxud zəngin, Həp həkim olmalı, yaxud nadan, Həp mələk olmalı, yaxud şeytan. İblis: Səni pək aldatıyor hissiyyat, Öylə yekrəng olaraq keçsə həyat, Bıqar insan, yaşamaqdan yorulur, Yaşayış bəlkə də mənasız olur.
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0116 okunma
Reklam
İçimdə oyanmış uşağı yuxuya verib yenə böyük olmaq məcburiyyətində olduğumu hiss edirdim.
Son..
Sənsiz yarım qalır bir şeylər. Natamam qalır. Axı mənim sənə ehtiyacım var...
Sayfa 364 - Teas PressKitabı okudu
Ayxan..
Axı mən yaşamaq istəyirəm. Normal yaşamaq. Hamı kimi yaşamaq. İynələrsiz...Bir qadını dəli kimi sevmək istəyirəm. Mən axı çox az sevmişəm. Sevgiyə gecikmişəm, deyəsən. İndi əvvəlki kimi hər xırda şeyə fikir də verə bilmirəm. Daha ciddi qayğılarım var. "Bir günüm daha uçdu" qayğıları...
Sayfa 343 - Teas PressKitabı okudu
Yeddi payız yarpağı
Mənim yaralarım dərindən dərin, Toxunsan əllərin boğular indi. Bulud ol başıma yağ sərin-sərin Yaramda tezbazar sağalar indi. Nə məni evimdən didərgin salan, Nədəki evimə gətirən qalıb. Ay mənim ağlımı başımdan alan,
Reklam
Bağlı qapıları döymürdüm artıq..
Hisslərimdən danışmaq haqda düşünmürdüm. Çünkü onu itirməyi gözə almaq istəmirdim. Mənə başqa gözlə baxa bilmirdi... Hər gün görə-görə onu ürəyimdən çıxaracaqdım. Çıxmasaydı ürəyimi çıxaracaqdım. Bağlı qapıları döymürdüm artıq...
Sayfa 341 - Teas PressKitabı okudu
Zaman-zaman qarşıma fərqli məqsədlər qoysam da, heç cür sabit həyatımı pozub onların arxasınca qaça bilmirdim.
Sayfa 340 - Teas PressKitabı okudu
Necə baxmaq? Baxışlarda nə axtarırdıq: suallarımızın cavabını? Baxışla müəyyən etmək olsaydı, o zaman sözlərə nə ehtiyac qalardı? Bəlkə, doğrudan da, gözlərimiz hisslərimizin aynası idi... Bəlkə, qarşımızdakı insanlar biz heç nə demədən də hər şeyi çox gözəl anlayırdılar... Gizlətməyə çalışsaq da, gözlər daxili aləmimizi bütün çılpaqlığı ilə ortaya qoyurdu...
Sayfa 313 - Teas PressKitabı okudu
Bir insandan qırıldıqda bütün dünya da onunla qırıla bilərmiş..
Bəlkə də, hər dəfə təkrar-təkrar etdiyim səhv bu idi? Heç nə olmamış kimi yaşamaq? Axı olmuşdu. Qəbul etmək lazım idi...
Sayfa 304 - Teas PressKitabı okudu
Reklam
-Biri var... - Aha... -Heç nə, bu qədər. -Elə bu? - Çox xoşuma gəlir. Məncə... Məncə, o mənə tam lazım olan adamdı. -Nə hiss edirsən? - Ayağımın yerdən üzüldüyünü... Hər şeyə hazır olduğumu... Güc hiss edirəm özümdə.
-İndi belə deyirsən. Əvvəl-axır yanında kimisə istəyəcəksən. Axı insan həmişə tək ola bilməz. -Bilirsən,insan öyrəşir təkliyə.Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir. - Səndə indi ehtiyacdı? -Deyəsən, hə...
Onun bir az da olsa, xoşbəxt olması üçün özümdən keçirdim. Günah mənim özümdə idi, seçimi mən etmişdim..
Sayfa 302 - Teas PressKitabı okudu
-Nə deyim, qara qız, Əvvəl daha dolu idin sanki. Necə deyim.. Daha həyat dolu, daha hay-küylü. Enejin daha çox idi sanki... -Həyat... -Nə həyat? - Həyat sakitləşdirir adamı
Yolayrıcında qalmışdım. Yaşamamalı olduğum duyğular qatara düzülərək baş alıb gedirdi...
Sayfa 239 - Teas PressKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.