Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur.. Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif.
Reklam
Karanlığı yok etmek için elindeki tek mumla saldırıya geçemezsin Çünkü sönerse ikinci mumu asla yakmazsın.
132 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
"Mənim şəhərim qırır körpə qanadları.."
Bakının küləyi qəzəblənəndə çox şeyləri qırır, ora-bura sovurur. Amma müəyyən zaman sonra hər şey qaydasına düşmürmü? Bəs Bakının o biri "Küləyi"? Həmin külək ki, sadəcə və sadəcə körpə qanadları qırır. Öldürür, əzir, tapdalayır. Yox, yox bu sonradan onu bərpa etmək olmur.. Qaçmalı olanın ayağını kəsir, uçmalı olanın qanadını sındırır,
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,532 okunma
"Özündən küsmüş,otuzyaşlı uşaq idim.Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim.Elə bu dəqiqə otağın küncündəki dibçəkdə bitən kaktus olmağa da razı idim.Nə fərqi var ki,onsuz da."
Reklam
Hayatım sigara dumanı gibi dudaklarımdan uçup gitti, eriyip gökyüzünde buharlaştı.Hiçbir şey beklemeyen ve kimsenin beklemediği biri oldum.
O mənə baxıb gülümsəməyi öyrənmişdi. Mən də ona baxıb nağıllara inanmağa başlamışdım.
"İnsanlar mələk olsaydı dövlətə heçbir zaman gərək olmazdı." -James Madison
Sayfa 164Kitabı okudu
275 syf.
8/10 puan verdi
·
10 günde okudu
Fantastika/mistika
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, may ayında (mistika aləminə səyahət) oxumaq üçün seçmişdim. Kitabın qısa məzmunu;
Bir Cüt Qanad
Bir Cüt Qanad
Adından da göründüyü kimi, məsələ elə bir cüt qanadın üzərində qurulur. Uriel (Baş mələk), yüz illərdir cəhənnəmdə əzab çəkən bir günahkara - Emmanuelə yaxınlaşır və ona verəcəyi tapşırığı yerinə yetirməsini və əgər yerinə yetirsə, onu bir cüt qanad sahibi edib, cəhənnəmdən xilas edəcəyini vəd edir. Baş qəhrəmanımız, Clara atasının faciəvi ölümündən sonra heç nə xatırlamır və özü belə bilmədən dəlixanaya aparılır. Kitabın əsas obrazlarını (Clara, Emmanuel) çox, çox sevdim, ən əsası gülməli dialoqlarını. Yazıçının geniş xəyal dünyası var, hadisələrin baş vermə ardıcıllığı, gedişatı əladır. Əsas obrazların davranışları kitabı sevməmin əsas səbəbidir. :') Amma kitabda iki əskik hiss etdim: 1. Məncə, kitabda cümlələrin ifadə edilmə tərzi zəif idi. Bədii təsvir vasitələrindən bir az da, istifadə edilsəydi, cümlənin/fikirlərin təsirediciliyi artardı. 2. Kitabın sonunu heç belə sadə gözləmirdim. Kitab elə bir yerdə bitti ki, sanki hər şey yarıda qalmış kimi hiss etdim. Sadə bir sonluqla bitti kitab. :))) Əsəri sevdim amma, bu əskiklər olmasaydı tam puan verərdim. Sadəcə, hadisələrin danışılma tərzinin bir az zəif qaldığını düşünürəm. Bundan əlavə, əgər fantastika/mistikanı sevirsinizsə, macəralı bir şeylər oxumaq istəyirsinizsə, yaxşı seçim ola bilər. Sağ olun, kitabla qalın !
Bir Cüt Qanad
Bir Cüt QanadMurad Cəfərov · Pergament Nəşriyyat · 201752 okunma
Reklam
"Mənim heç nəyim olmasa da içimdə bir sevgi var."
Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun sadəcə daşları idi.
Ancaq yenə də bir sözü ilə durardı zaman, məsələn...
Bir sözü ilə durardı zaman. Bir şirin-şirin gülümsəməsi ilə gülərdi gözlərim... Bir sözü ilə dönərdim "düzlərim"dən... Yeni bir "düz" olardım... Bir sözü ilə unudardım ondan öncəni... Bir sözü ilə unudardım izləri, adları... Bir sözü ilə həyat daha rəngli gələrdi gözümə. Bəlkə, pəncərələrim belə dəyişərdi... Bir sözü ilə daha müdrik olardım, daha ağır, daha səssiz... Mən olardım... Bir sözü ilə yemək bişirməyi öyrənərdim. Şüşə silməyi, paltar ütüləməyi, toz almağı, səhərlər çay yerinə bir fincan qəhvə dəmləməyi... Daha dəqiq olardım, daha səliqəli, əməllərim daha səliqəli... Hiss etdiklərim daha səliqəli...
Sayfa 78 - Teas PressKitabı okudu
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
,qəlbi sonsuz sevgi ilə çırpınan,şairləri qanadında bəsləyən,insanların həyatını süsləyən,mələk qəlbli,incə ruhlu şair'im! Doğru deyiblər ki,"Həyat gözəlqəlbli insanlar üçün bir zindandır". Sən daha həyatının baharını yeni yaşayan,ömür kitabından yalnızca 30 səhifə vərəqlənmiş,qəlbi yazmaq,bu həyatı yaşamaq duyğusu ilə
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.