Bu cümlə bu kitabın ən gözəl cümləsi olsun,məncə
"Allah adama şah damarından da yaxındır, Sən də mənim Allaha yaxın şah damarımsan..."
Sayfa 54 - Mayak nəşriyyatı.Bakı 2024
Ancaq tarixi əsər olmamalıdır: tarix keçmişin mövcudluqlarını dəyərləndirir, ancaq heç bir mövcudluq başqa bir mövcudluğun varlığına haqq qazandıra bilməz. Mənim səhvim də məhz bundan ibarət olmuşdu ki, markiz de Rolbonu di- rıltmək istəmişdım. Yox, kitab gərək başqa cür olsun. Düzdür, necə olacağını hələ dəqiq bilmirəm, ancaq gərək onun çap edilən sözlə- rinin qərarlaşdığı səhifələrindən bu kitabın mövcudluğun hökmü ilə yazılmadığı anlaşılsın, onun üzərində yüksəldiyi açıq-aydın görünsün.
Sayfa 274·Kitabı okudu
Reklam
Xalid Hüseyni " Çərpələng uçuran" Khaled Hosseyni " The kite runner"
Nə üçün "Şahnamə"ni fars xalqının yaradıcılığı sayırıq? Deyə bilərlər ki, bu ki, Firdovsinin əsəridir. Gəlin Firdovsinin öz dediyinə baxaq. O, "kitabın hazırlanması barədə"
Sayfa 62
–Əgər qədim biliklər bizə onları kobudcasına təhrif edən yalan kitablar vasitəsilə ötürülürsə, izlərini sizin də daim axtardığınız o biliklərə necə güvənə bilərik? – Kitablar inandırmaq üçün deyil, düşündürmək üçün yazılır. Qarşımızdakı kitabın nə dediyini deyil, nə demək istədiyini anlamağa çalışmalıyıq. Nə də olsa, müqəddəs mətnlərin qədim təfsirçiləri məhz belə düşünürdülər. Bu kitablardakı kimi təsvir edilmiş təkbuynuzlu ibrətamiz, yaxud alleqorik, yaxud anaqogik(mətnin ali, rəmzi mənada təfsiri) məzmun daşıyır; ismətin fəzilətdən möhtərəm olması fikri necə həqiqətdirsə, bu məzmun da elə həqiqətdir. Lakin yuxarıdakı üç məzmunun əsaslandığı hərfi mənada olan həqiqətə gəlincə, bunun hansı ilkin təcrübəyə söykəndiyini yoxlamaq lazımdır. Hətta məcazi məna qəti və danılmazdırsa, hərfi mənaya həmişə şübhə edilə bilər. Bir kitabda deyilmişdir ki, almazı ancaq keçi qanı ilə kəsmək olar. Mənim böyük ustadım Bekon bunun yalan olduğunu sübut etdi, həm də çox sadə yolla –bunu təcrübədən keçirdi və alınmadı. Lakin əgər almaz və keçi qanının qarşılıqlı əlaqəsini hərfi mənada yox, ali mənada qəbul etsək, onda bu əlaqəyə şübhə yoxdur. – Deməli, hərfi mənada yalan görünsə də, ali həqiqətləri söyləmək olar, – dedim. – Necə olursa-olsun, bu kitabdakı kimi təsvir olunmuş təkbuynuzlunun dünyada mövcud olmaması və heç zaman mövcud olmadığı, heç zaman mövcud olmayacağı fikri məni çox kədərləndirir...