- Mən sizinlə birlikdə, sizinlə həmişə xoşbəxtəm.
- Xoşbəxtsən?
- Əlbəttə, sizi o qədər sevirəm ki...
- Sevimli qız, mənim kimi bir qocanın yolunda öz cavanlığını məhv etməməlisən
- Sevmək məgər fədakarlıqdır?
Zalda onun çoxlu tanışı var idi. Onlar da Postent kimi bu gecə keçmişdəki böyük Kalvero əvəzinə, əldən-ayaqdan düşmüş qoca gözləyirdilər. Lakin səhv etmişdirlər.